Kriştiano Ronaldoya şallaq cəzası verilməsi ilə bağlı rəsmi açıqlama
Dünya futbolunun ulduzu Kriştiano Ronaldoya 99 şallaq cəzası verilməyəcək. Bu barədə məlumatı İranın İspaniyadakı səfirliyi yayıb.
Açıqlamada bildirilib ki, İran hər hansı beynəlxalq səviyyəli idmançının mühakimə olunma ehtimalını qətiyyətlə inkar edir. Kriştianonun rəssam Fatimə Həmami ilə səmimi və humanist görüşü yüksək qiymətləndirilir. Hətta bu görüş xalqın və ölkənin idman qurumlarının heyranlığına səbəb olub.
Xatırladaq ki, daha əvvəl Ronaldo portretini çəkən fiziki məhdudiyyətli iranlı rəssam Fatimə Həmamiyə təşəkkür üçün onu qucaqlayıb və öpüb. Futbolçunun bu hərəkətini İran qanunlarına əsasən təcavüz kimi qiymətləndirən yerli media isə onun 99 şallaq cəzası alacağı barədə məlumat yaymışdı. Hadisə Ronaldonun Asiya Çempionlar Liqasında “Persepolis”lə oyun üçün Tehrana səfəri zamanı baş verib.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- Portuqaliya futbolunda diqqətlər yenidən Kriştianu Ronalduya çevrilib
