Pleyeri seçin:

Legioner limitinin ləğvi futbolumuza necə təsir edəcək? - Jurnalistlərin müzakirəsi

07 fevral 2025 667 baxış

Fevralın 3-ü AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və bu toplantıda bir sıra vacib qərarlar qəbul olunub.

Ən çox diqqətçəkən qərarlardan biri növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunması ilə bağlıdır.

Maraqlıdır, bu dəyişiklik futbolumuza necə təsir edəcək?

“Report” informasiya agentliyinin idman departamentinin rəhbəri Kənan Həsənovun sözlərinə görə, legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış bir addımdır:

“Təbii ki, bununla bağlı müxtəlif fikirlər səsləndirilir, hətta futbolumuzun batacağı, daha da geriyə gedəcəyi ilə bağlı ehtimallar irəli sürülür. Amma bu fikirlər heç də əsaslı deyil.

Limitin aradan götürülməsi ilk növbədə ona hesablanıb ki, azərbaycanlı futbolçular öz üzərlərində daha çox işləsinlər. Bu da yekunda milli komandanın çıxışına təsir edən məqam kimi düşünülüb. Çünki azərbaycanlı futbolçu öz üzərində daha çox işləsə, daha çox çalışsa, təbii ki, onun səviyyəsi də yüksələcək. Bu da millinin oyunlarına öz təsirini göstərə bilər. Ona görə də bu dəyişikliklə bağlı təşvişə düşmək, həyəcan təbili çalmaq üçün heç bir əsas görmürəm. Sadəcə bu məsələni zamanın axarına buraxmaq lazımdır. Zaman hər şeyi göstərəcək”.

İdman jurnalisti Anar Həsənov da bu qərarın müsbət nəticə verəcəyini düşünür:

“Əvvəlki illərdə legionerlərin sayının azlığı və azərbaycanlı futbolçulara mütləq yerin verilməsi bizim oyunçularımızda rahatlıq yaradırdı. Bu nüansa görə onlarda arxayınlıq var idi, öz üzərlərində işləmirdilər. Bundan sonra azərbaycanlı futbolçular daha çox çalışmalı, məsuliyyət hiss etməlidirlər ki, əsas heyətdə yerlərini tuta bilsinlər. Əks halda biz meydanda azərbaycanlı oyunçu görə bilməyəcəyik.

Etiraf etməliyik ki, Azərbaycan xalqında belə bir düşüncə var, yeni nəsə etməyə çalışdığımızda onu qəbul etmirlər. Hər yenilik sancılı bir dövr keçir. Məncə, AFFA-nın bu qərarı tamamilə Azərbaycan futbolunun inkişafı üçün qəbul olunub. İnanıram ki, bu, təkcə klublarımız, avrokuboklar üçün deyil, eyni zamanda milli komandaya da təsir etməsi üçün atılan addımdır”.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 667 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 667 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 667 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 667 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 667 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 667 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 667 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 667 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 667 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 667 baxış
Seçilmişlər
icon