Lionel Messiyə daha bir klub “elçi düşüb”
“Pari Sen-Jermen”dən ayrılmaq qərarını verən Lionel Messi daha bir klubun hədəfindədir. 35 yaşlı oyunçu ABŞ-nin “İnter Mayami” komandasından təklif alıb.
Əfsanəvi Devid Bekhemin sahibi olduğu kollektiv Leoya 4 illik müqavilə təklif edib. L.Messi Mayami təmsilçisinə keçmək qərarına gəlsə, bu müddət ərzində təqribən 200 milyon avro qazanacaq.
Ulduz futbolçunun kluba gəlməsini təmin etmək üçün MLS təmsilçisi Lionelin sabiq komanda yoldaşı, “Barselona”dan ayrılan Serji Busketsi də dəvət etmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivinin L.Messiyə 2 illik müqavilə üçün 1.2 milyard avro ödəməyə hazır olduğu bildirilirdi. Son xəbərlərə əsasən, oyunçunun nümayəndələri artıq bu təklifə razılıq veriblər. Ancaq forvard özü “Barselona”nın hansı addım atacağını gözləyir. Fantastik təkiflərə baxmayaraq, doğma klubuna dönmək niyyətində olan Leonun gələcəyi ilə bağlı yekun qərarını yaxın günlərdə verəcəyi güman edilir.
#Lionel Messi teqi istifadə olunub
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Trampdan FIFA-ya xəbərdarlıq: "Böyük səhvdir!" | Yeni idman xəbərləri - Baku TV
- Lionel Messinin atası dünyasını dəyişib - Baku TV
- Karles Puyoldan Messiyə böyük rəğbət | İspaniya millisinin baş məşqçisi tarixə düşdü
- DÇ-2026-da möhtəşəm gecə | Messi 2-ci dəfə ardıcıl DÇ qazana bilər?
