Pleyeri seçin:

Mahir Emreli Almaniyanın diqqət mərkəzində

21 oktyabr 2024 398 baxış

Millimizin üzvü Mahir Emreli Almaniyanın “Nürnberq” komandasında ilk qoluna imza atıb.

27 yaşlı forvard 2-ci Bundesliqanın 9-cu turunda “Qroyter Fürt”lə oyunda fərqlənib. Matça əsas heyətdə başlayan Emreli 13-cü dəqiqədə qapını dəqiq nişan almaqla görüşdə hesabı açıb.

Qarşılaşmanın davamında daha 3 qol vuran “Nürnberq” yekunda 4-0 hesablı qələbə qazanıb. Bu qalibiyyətlə xallarının sayını 13-ə çatdıran baş məşqçi Miroslav Klozenin komandası yarış cədvəlinin 9-cusudur.

Qeyd edək ki, bu yay azad agent kimi “Nürnberq”ə qoşulan Mahir Emreli 2-ci Bundesliqada 4 matçda meydana çıxıb. Daha əvvəl ölkəmizin “Qarabağ”, eləcə də Polşanın “Legiya”, Xorvatiyanın “Dinamo Zaqreb” və Türkiyənin “Konyaspor” klublarında top qovan hücumçunun Almaniya təmsilçisi ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Banner
U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

İdman
25 oktyabr 2026 398 baxış
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

İdman
25 oktyabr 2026 398 baxış
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

İdman
25 oktyabr 2026 398 baxış
Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

İdman
24 oktyabr 2026 398 baxış
Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

İdman
24 oktyabr 2026 398 baxış
Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

İdman
24 oktyabr 2026 398 baxış
Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

İdman
24 oktyabr 2026 398 baxış
Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

İdman
23 oktyabr 2026 398 baxış
Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

İdman
23 oktyabr 2026 398 baxış
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 398 baxış
Seçilmişlər
icon