Pleyeri seçin:

Millətlər liqasında 1/4 finalın oyunları keçirilir

21 mart 2025 996 baxış

UEFA Millətlər liqasının A liqasında 1/4 finalın ilk matçları keçirilib.

Milanın “Cuzeppe Meatsa” arenasında İtaliya və Almaniya yığmaları arasında görüşdə hesabı artıq 9-cu dəqiqədə Sandro Tonali açıb.

İlk hissə “Skuadra Adzurra”nın minimal üstünlüyü ilə bitsə də, “bundestim” 2-ci yarıda dönüş edərək 2-1 hesablı qələbə qazanıb. Komandanın qolları Tim Klayndiynst və Leon Qoretskanın aktivindədir.

AVRO-2024-ün qalibi İspaniya millisi yarımfinala adlamaq uğrunda Niderland futbolçuları ilə qarşılaşıb. Hesabı 9-cu dəqiqədə Niko Uilyams açsa da, hissənin ortalarında Kodi Qakpo tarazlığı bərpa edib.

2-ci yarıda da tərəflər hərəyə bir dəfə fərqləniblər. 46-cı dəqiqədə Tidjani Reyndersin qoluna “Qırmızı Furiya” son saniyələrdə Mikel Merinonun topu ilə cavab verib. Niderland – İspaniya: 2-2.

Split şəhərində Fransa seçməsini qəbul edən Xorvatiya komandası 2-0 hesablı qələbə qazanıb. Meydan sahibləri artıq 9-cu dəqiqədə qola yaxın olsalar da, Andrey Kramariç penaltidən fərqlənə bilməyib.

Bununla belə, fasiləyədək Ante Budimir və İvan Perişiç qonaqları oyuna mərkəzdən başlamağa məcbur edib. Qalan vaxtda başqa qol olmayıb və Xorvatiya matçdan qalib ayrılıb.

Portuqaliya millisini qəbul edən Danimarka yığmasına qələbə üçün 1 qol kifayət edib. 78-ci dəqiqədə Rasmus Höylund qapını dəqiq nişan alıb.

Qeyd edək ki, yarımfinalın iştirakçılarını müəyyənləşdirəcək cavab matçları martın 23-ü təşkil olunacaq.

Banner
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 996 baxış
"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

İdman
03 noyabr 2026 996 baxış
Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

İdman
02 noyabr 2026 996 baxış
Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

İdman
02 noyabr 2026 996 baxış
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 996 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 996 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 996 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 996 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 996 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 996 baxış
Seçilmişlər
icon