İdman
Pleyeri seçin:
Millimizin sabiq üzvü Amil Yunanov bu klubu FIFA-ya şikayət etdi
Azərbaycan millisinin sabiq üzvü Amil Yunanov Albaniyanın “Bülis” klubundan ayrılıb.
Bildirilir ki, 31 yaşlı hücumçu müqaviləyə birtərəfli şəkildə xitam verib. Buna səbəb Albaniya təmsilçisinin Yunanova olan borcunu ödəməməsidir.
İddia olunur ki, təcrübəli oyunçu Superliqa komandasının ona olan borcuna görə artıq FIFA-ya müraciət edib. Məsələ gələn ilin fevral-mart aylarında həllini tapacaq.
Qeyd edək ki, Amil daha əvvəl də müqaviləsində göstərilən öhdəliklər yerinə yetirilmədiyi üçün komandanı tərk etmək istəsə də, “Bülis” onu heyətdə saxlamağı bacarmışdı.
Kopyalandı