İdman
Pleyeri seçin:

“Neftçi” Premyer Liqada getdikcə daha inamlı təsir bağışlayır

25 noyabr 2024 28 baxış

Azərbaycan Premyer liqasının 14-cü turu “Neftçi”nin növbəti qələbəsi ilə əlamətdar olub.

Samir Abasovun baş məşqçi təyin olunmasından sonra tədricən vəziyyəti düzəldən “ağ-qaralar” bu dəfə iddialı “Zirə” üzərində qələbə qazanıb.

“Neftçi Arena”da keçirilən və 2-1 hesabı ilə bitən matçda meydan sahiblərinin qollarını Filip Ozobiç və Emil Səfərov vurublar. Bununla da “Neftçi” növbəti turda baş tutacaq “Qarabağ”la oyun ərəfəsində vacib qalibiyyət əldə edib.

Çempionata uğursuz başladıqdan və yeni çalışdırıcının gəlişindən sonra getdikcə daha inamlı görünən “ağ-qaralar” hazırda 8-ci pillədə qərarlaşıb. 13 xalı olan paytaxt klubu 7-ci yerdəki “Şamaxı” ilə eyni sayda xal toplasa da, əlavə göstəricilərə görə geridədir. Bununla belə, komandanın oyununda inkişaf göz qabağındadır.

Çempionatın startı ilə müqayisədə rəqib qapısı qarşısında daha soyuqqanlı görünən “Neftçi” futbolçuları Premyer liqadakı son 2 görüşdə 4 qolla yadda qalıblar. Bu isə dekabrın 1-i son çempion “Qarabağ”a qarşı keçiriləcək oyunun bir qədər də maraqlı alınacağından xəbər verir. Matçın “Neftçi Arena”da baş tutacağını da nəzərə alsaq, meydan sahiblərinin sona qədər mübarizə aparacağına şübhə yoxdur.

"Qarabağ" hücum xəttini bu futbolçu ilə gücləndirəcək

"Qarabağ" hücum xəttini bu futbolçu ilə gücləndirəcək

İdman
24 yanvar 2025 28 baxış
Qurban Qurbanov FCSB-yə məğlubiyyətdən danışdı

Qurban Qurbanov FCSB-yə məğlubiyyətdən danışdı

İdman
24 yanvar 2025 28 baxış
Qurban Qurbanovun FCSB ilə matçdan sonra mətbuat konfransı

Qurban Qurbanovun FCSB ilə matçdan sonra mətbuat konfransı

İdman
24 yanvar 2025 28 baxış
Avropa Liqası | "Qarabağ" - FCSB matçı

Avropa Liqası | "Qarabağ" - FCSB matçı

İdman
24 yanvar 2025 28 baxış
“Mançester Siti”də ciddi islahatlar davam edir

“Mançester Siti”də ciddi islahatlar davam edir

İdman
23 yanvar 2025 28 baxış
Çempionlar Liqasında 7-ci turun növbəti matçları keçirilib

Çempionlar Liqasında 7-ci turun növbəti matçları keçirilib

İdman
23 yanvar 2025 28 baxış
“Qarabağ” Avropa Liqasında növbəti matça çıxır

“Qarabağ” Avropa Liqasında növbəti matça çıxır

İdman
23 yanvar 2025 28 baxış
"Neftçi" klubu yeni transferini açıqlayıb

"Neftçi" klubu yeni transferini açıqlayıb

İdman
22 yanvar 2025 28 baxış
Elvin Cəfərquliyev qırmızı vərəqələr almasına münasibət bildirib

Elvin Cəfərquliyev qırmızı vərəqələr almasına münasibət bildirib

İdman
22 yanvar 2025 28 baxış
Qurban Qurbanov FCSB ilə matç haqqında danışıb

Qurban Qurbanov FCSB ilə matç haqqında danışıb

İdman
22 yanvar 2025 28 baxış
Seçilmişlər
icon