Pleyeri seçin:

Premyer liqada çempionluq uğrunda vacib görüş keçirildi

27 aprel 2023 313 baxış

İngiltərə Premyer liqasının 33-cü turu çempionluq görüşü kimi göstərilən matçla əlamətdar olub.

Titulun son sahibi “Mançester Siti” yarış cədvəlinin lideri “Arsenal”ı qəbul edib. “Etihad” stadionunda keçirilən qarşılaşmada hesabı 7-ci dəqiqədə Kevin De Brüyne açıb. Hücumlarına ara verməyən “şəhərlilər” 46-cı dəqiqədə fərqi artırıblar. Bu dəfə Con Stounz qapını dəqiq nişan alıb. İlk hissə 2-0 hesabı ilə yekunlaşıb.

54-cü dəqiqədə Kevin De Brüyne özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 86-cı dəqiqədə Rob Holdinq toplardan birinin əvəzini çıxsa da, londonlular bundan artığını bacarmayıblar. Əsas vaxta artırılan dəqiqələrdə isə Erlinq Holand matçda son nöqtəni qoyub. “Mançester Siti” - “Arsenal”: 4-1.

Qələbə sayəsində xallarının sayını 73-ə çatdıran “Siti” 2-ci pillədə olsa da, ehtiyatda daha 2 görüşü var. 4 oyundur qalib gəlməyən və 75 xalı olan “Arsenal” isə hələ ki, çempionata başçılıq edir. İtaliya kubokunda ilk finalçı müəyyənləşib. Mükafatın son sahibi “İnter” “Cuzeppe Meatsa” arenasında “Yuventus”u qəbul edib. Qarşılaşmada yeganə qolu Federiko Dimarko vurub. Tərəflər arasında ilk matç 1-1 hesabı ilə başa çatdığı üçün “neradzurri” iki görüşün yekununda finala yüksəlib.

İspaniya çempionatının lideri “Barselona” 31-ci turu gözlənilməz məğlubiyyətlə tamamlayıb. “Rayo Valyekano”nun qonağı olan kataloniyalılar yerli kollektivdən Alvaro Qarsiya və Fran Qarsiyanın qollarına ancaq bir dəfə cavab veriblər. 2-1 hesabı ilə qalib gələn “Rayo” hazırda 43 xalla 9-cu yerdədir. Son 4 oyunda 3-cü dəfə xal itirən “Barsa” isə ilk pillədəki mövqeyini qoruyur.

Niderland Özbəkistanı dramatik oyunda məğlub etdi | Yeni idman xəbərləri - Baku TV

Niderland Özbəkistanı dramatik oyunda məğlub etdi | Yeni idman xəbərləri - Baku TV

İdman
09 iyun 2026 313 baxış
DÇ-2026 hakimlərinin gəlirləri bəlli oldu | Yeni idman xəbərləri

DÇ-2026 hakimlərinin gəlirləri bəlli oldu | Yeni idman xəbərləri

İdman
09 iyun 2026 313 baxış
"Fənərbağça" və "Real" komandalarının prezidentləri kimlər seçildi? - Yeni idman xəbərləri - Baku TV

"Fənərbağça" və "Real" komandalarının prezidentləri kimlər seçildi? - Yeni idman xəbərləri - Baku TV

İdman
08 iyun 2026 313 baxış
Azərbaycanlı əməkdaşlar dünya oyunlarında qalib oldular | Yeni idman xəbərləri

Azərbaycanlı əməkdaşlar dünya oyunlarında qalib oldular | Yeni idman xəbərləri

İdman
08 iyun 2026 313 baxış
Azərbaycan minifutbol millisi azarkeşlərlə görüşüb - Baku TV

Azərbaycan minifutbol millisi azarkeşlərlə görüşüb - Baku TV

İdman
07 iyun 2026 313 baxış
Vircil van Deyk DÇ-2026-dan sonra millidən ayrılacaq

Vircil van Deyk DÇ-2026-dan sonra millidən ayrılacaq

İdman
07 iyun 2026 313 baxış
Kilian Mbappe məşqi zədə səbəbindən yarımçıq qoyub - Baku TV

Kilian Mbappe məşqi zədə səbəbindən yarımçıq qoyub - Baku TV

İdman
07 iyun 2026 313 baxış
Azərbaycan millisi yoldaşlıq matçında Maltaya uduzdu - Baku TV

Azərbaycan millisi yoldaşlıq matçında Maltaya uduzdu - Baku TV

İdman
07 iyun 2026 313 baxış
Minifutbol millimiz Ukraynanı məğlub edərək ikinci dəfə Avropa çempionu oldu - Baku TV

Minifutbol millimiz Ukraynanı məğlub edərək ikinci dəfə Avropa çempionu oldu - Baku TV

İdman
06 iyun 2026 313 baxış
İstanbul nəhəngi portuqaliyalı hücumçu ilə şifahi razılıq əldə edib

İstanbul nəhəngi portuqaliyalı hücumçu ilə şifahi razılıq əldə edib

İdman
06 iyun 2026 313 baxış
Seçilmişlər
icon