Pleyeri seçin:
“Qalatasaray” klubu ulduz futbolçunun keçidini reallaşdırıb
“Qalatasaray” klubu dünya futbolunun ən yaxşı hücumçuları arasında göstərilən Viktor Osimheni heyətinə qatıb.
İtaliyanın “Napoli” komandasına məxsus olan nigeriyalı forvard mövsümün sonunadək icarə əsasında “cimbom”a qoşulub. Artıq İstanbulda olan 25 yaşlı oyunçu “sarı-qırmızılar”ın azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, Osimhenin “Qalatasaray”da məvacibi təqribən 10 milyon avro olacaq. “Napoli” ilə razılaşmaya əsasən, Türkiyə təmsilçisinin futbolçunu tam transfer etmək hüququ olmayacaq. Bundan başqa, Viktor qış keçid dövründə birtərəfli qaydada icarə müqaviləsini ləğv etmək imkanına sahib olacaq. Bu halda İstanbul nəhənginə təzminat ödənişi ediləcək.
Kopyalandı
#Qalatasaray FK teqi istifadə olunub
- "Liverpul" - "Qalatasaray" matçında maraqlı məqamlar | Yeni idman xəbərləri - Baku TV
- İstanbul derbisində gərgin matç: "Beşiktaş" - "Qalatasaray" oyununda nələr yaşandı? - Baku TV
- Söhbət “Qalatasaray” və “Fənərbağça”nın futbolçularından gedir
- Lokatelli "Qalatasaray"la oyunun nəticəsini görün necə şərh etdi | Yeni idman xəbərləri - Baku TV
- “Qalatasaray” 1/8 finalda | “Aslan”dan böyük uğur - Baku TV
