Pleyeri seçin:
“Qarabağ”ın əsas heyət üzvü “Elfsborq”la matçı buraxacaq
“Qarabağ” komandası “Elfsborq”la Avropa liqası matçından əvvəl ciddi itki ilə üzləşib.
Ağdam təmsilçisinin futbolçusu Bəhlul Mustafazadə zədəyə görə bu qarşılaşmada meydana çıxmayacaq. Bəhlulla yanaşı, digər mərkəz müdafiəçisi Kevin Medina, eləcə də yarımmüdafiəçi Aleksey İsayev eyni səbəbdən görüşdə iştirak etməyəcəklər. Bildirilir ki, Bəhlul azı 4 həftə oyunlardan kənarda qalacaq.
Qeyd edək ki, dekabrın 12-si keçiriləcək “Elfsborq” – “Qarabağ” matçı Buros şəhərindəki eyniadlı arenada təşkil olunacaq. Bakı vaxtı ilə saat 23:55-də başlayacaq oyunu portuqaliyalı Antonio Nobre idarə edəcək.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
