Pleyeri seçin:

Qeyri-adi fəndi ilə dünyada tanınan gimnastımız Tofiq Əliyev "Baku TV"yə müsahibə verdi

04 fevral 2026 743 baxış

“Uşaq vaxtı çox hərəkətli olduğuma görə valideynlərim məni məşğuliyyət olsun deyə gimnastikaya gətirdilər. Üstəlik, babamın da arzusu idi ki, nəvələrindən kimsə gimnast olsun”.

Bu sözləri Baku TV-yə müsahibəsində qeyri-adi fəndi ilə dünyada tanınan azərbaycanlı gimnast Tofiq Əliyev deyib.

İdmançı tarixi qərar verdiyi məqamdan danışıb:

“Bəzən elə anlar olur ki, insan qızıl medal deyil, tarix yazmağı seçir. Biz məşqçimlə məhz bunu seçdik. Təsnifat mərhələsi bitdikdən sonra birinci pillədə idim. Dincəlmə otağında baş məşqçimiz Adil Hüseynzadəyə dedim ki, “triple flow”, yəni üçlü vint və üçlü salto etmək istəyirəm. O, əvvəlcə zarafat etdiyimi düşündü, amma nə qədər ciddi olduğumu görüb razılaşdı”.

Gimnast qərarından geri dönmədiyini vurğulayıb:

“Hətta dördüncü yerdə olan ingilis rəqibimə uduzsaydım, bürünc medal uğrunda mübarizə aparsaydım belə, yenə bu cəhdi edəcəkdim. Nəticənin qızıl və ya gümüş olması qərarımı dəyişmirdi. Adil müəllim fasilə zamanı Texniki Komitə ilə əlaqə saxlayıb elementin çətinlik balını dəqiqləşdirdi və məlum oldu ki, bu hərəkət üçün 11,1 bal verilir. Bu isə rekord göstərici idi”.

Onun sözlərinə görə, həmin element daha əvvəl cədvələ belə daxil edilməmişdi:

“Üçlü salto və üçlü vint heç vaxt rəsmi siyahıya salınmamışdı, çünki heç kimin bunu edə biləcəyinə inanmırdılar. Məşqlərdə iki dəfə sınaqdan keçirmişdim, amma üzərindən dörd ay keçmişdi. Finalda nəticədən asılı olmayaraq bunu edəcəyimə qərar verdim”.

Tofiq Əliyev həmin tarixi anı belə xatırlayır:

“Superfinalda Adil müəllim mənə baxıb “edirsən?” deyə soruşdu. Mən də razılığımı bildirdim. Videoda bu element bir saniyədən də az çəkir, amma biz onu anbaan yaşayırıq. Hər dövrədə öz-özümə “bir az da qaldı, döz, davam et” deyirdim. Çünki bir anlıq diqqətini itirsən, hər şey uğursuz ola bilər”.

Kopyalandı
Banner
Maks Ferstappen Las-Veqas Qran-prisində necə qalib gəldi?

Maks Ferstappen Las-Veqas Qran-prisində necə qalib gəldi?

İdman
22 noyabr 2026 743 baxış
Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib - Baku TV

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib - Baku TV

İdman
22 noyabr 2026 743 baxış
“Sabah” - “Barselona” matçı üçün həyəcan artır: neçə bilet satıldı? - Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Barselona” matçı üçün həyəcan artır: neçə bilet satıldı? - Yeni idman xəbərləri - Baku TV

İdman
21 noyabr 2026 743 baxış
“Real” Niko Pası yenidən heyətinə qaytaracaq? | Yeni idman xəbərləri

“Real” Niko Pası yenidən heyətinə qaytaracaq? | Yeni idman xəbərləri

İdman
21 noyabr 2026 743 baxış
“Psixopat kimi hücum etdilər” | Boksçu Murad Əliyev Türkiyədəki hadisənin səbəbini danışdı - Baku TV

“Psixopat kimi hücum etdilər” | Boksçu Murad Əliyev Türkiyədəki hadisənin səbəbini danışdı - Baku TV

İdman
21 noyabr 2026 743 baxış
Xankəndidə topa ilk toxunuşu şəhid övladı etdi - Baku TV

Xankəndidə topa ilk toxunuşu şəhid övladı etdi - Baku TV

İdman
21 noyabr 2026 743 baxış
“Qalib olanda çox kövrəldim” | Qızıl medal alan deflimpiyaçılar duyğularını bölüşdü - Baku TV

“Qalib olanda çox kövrəldim” | Qızıl medal alan deflimpiyaçılar duyğularını bölüşdü - Baku TV

İdman
20 noyabr 2026 743 baxış
Bilal Ərdoğan “Əl-Nəsr” klubunun ulduzları ilə görüşüb

Bilal Ərdoğan “Əl-Nəsr” klubunun ulduzları ilə görüşüb

İdman
20 noyabr 2026 743 baxış
Qvardiola bu ölkədən gələn təklifləri rədd etdi | Yeni idman xəbərləri - Baku TV

Qvardiola bu ölkədən gələn təklifləri rədd etdi | Yeni idman xəbərləri - Baku TV

İdman
19 noyabr 2026 743 baxış
Xankəndidə yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilir | Nəticə necə olacaq? - Baku TV

Xankəndidə yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilir | Nəticə necə olacaq? - Baku TV

İdman
19 noyabr 2026 743 baxış
Seçilmişlər
icon