Pleyeri seçin:
"Marsel" fanatlarının hücumu nəticəsində baş məşqçi xəsarət alıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Lion” komandasının avtobusu Marsel şəhərində yerli azarkeşlər tərəfindən daşa basılıb.
Fanatlar “Velodrom” stadionuna gedən rəqib komandanın avtobusunun şüşələrini sındırıblar.
Hadisə zamanı “Lion”un məşqçiləri və futbolçuları nəqliyyat vasiyəsində olublar. Nəticədə üzünə daş və şüşə qırıqları dəyən baş məşqçi Fabio Qrosso xəsarət alıb. Stadiona aparılan 2006-cı ilin dünya çempionuna dərhal tibbi yardım göstərilib. Futbolçuların xəsarət alması ilə bağlı isə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, bu hadisə səbəbindən oktyabrın 29-u keçirilməsi planlaşdırılan “Marsel” – “Lion” qarşılaşması təxirə salınıb.
Kopyalandı
#Fransa teqi istifadə olunub
- Minimum əməkhaqqı ətrafındakı mübahisə Fransada ümumxalq tətilinə çevrilir
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
