Pleyeri seçin:
"Qarabağ" Nəriman Axundzadə ilə bağlı qərar verdi
“Qarabağ" klubu gənc futbolçusu Nəriman Axundzadə ilə müqavilə müddətini uzadıb.
Bu barədə “köhlən atlar”ın rəsmi sosial media hesablarında məlumat paylaşılıb.
Belə ki, 20 yaşlı hücumçu daha 4 il, yəni 2028-ci ilin iyununa qədər “Qarabağ”ın formasını geyinəcək.
Qeyd edək ki, Nəriman Axundzadə 2022-ci ildən “Qarabağ”ın əsas heyətində çıxış edir. Bu müddət ərzində 52 matça çıxan forvard 15 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Eyni zamanda o, klubla 2 dəfə ölkə çempionatında qələbə qazanıb.
Maraq üçün deyək ki, Ağdam klubu daha əvvəl 27 yaşlı müdafiəçi Bəhlul Mustafazadənin də müqavilə müddətini 3 il artırıb.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- DÇ-2026-da yaşananlar | "Real Madrid"in yeni transferi açıqlandı | Yeni idman xəbərləri - Baku TV
- DÇ-2026-da nəhənglərin matçında nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV
- Premyer Liqada tarixi assist rekordu | Yeni idman xəbərləri - Baku TV
- "Qarabağ" müqaviləsi bitən və icarədən qayıdan futbolçularla vidalaşdı - Baku TV
- Ötən il Çempionlar liqasında mübarizə aparmış “Köhlən atlar”ın yolu Avropa liqasınadır
