İdman
Pleyeri seçin:

"Sabah" çempionatın 30-cu turunda "Qarabağ"la qarşılaşıb

15 aprel 2024

Azərbaycan Premyer liqasında 30-cu tura “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulub.

5 qolun qeydə alındığı görüşdə hesabı qonaqlar açıblar. Leandro Andrade “köhlən atlar”ı irəli çıxarıb. Ancaq çox keçmədən meydan sahibləri tarazlığı bərpa ediblər. Amin Seydiyev hədəfi dəqiq nişan alıb.

38-ci dəqiqədə “bayquşlar” irəli çıxıblar. Cesse Sekidika komandasına üstünlük qazandırıb: 2-1. İlk hissə bu hesabla başa çatıb.

56-cı dəqiqədə Tellur Mütəllimov 3-cü topu “Qarabağ”ın qapısından keçirib. 76-cı dəqiqədə Nəriman Axundzadə fərqi azaltsa da, Ağdam klubu bundan artığını bacara bilməyib. “Sabah” – “Qarabağ”: 3-2.

Bu qələbədən sonra 43 xalı olan “Sabah” 5-ci pillədə qərarlaşıb. Vaxtından əvvəl çempion olan “Qarabağ”ın isə 72 xalı var.

Qeyd edək ki, “Sabah” növbəti turda “Kəpəz”in qonağı olacaq. “Qarabağ” isə “Qəbələ”ni qəbul edəcək.

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

İdman
30 aprel 2024
Azərbaycan idmanında ilkə imza atılıb

Azərbaycan idmanında ilkə imza atılıb

İdman
29 aprel 2024
“Qarabağ”ın ulduzu üçün Fransadan təklif

“Qarabağ”ın ulduzu üçün Fransadan təklif

İdman
29 aprel 2024
"Neftçi" klubu "Turan Tovuz"la qarşılaşıb

"Neftçi" klubu "Turan Tovuz"la qarşılaşıb

İdman
29 aprel 2024
"Qarabağ" 32-ci turda "Sumqayıt"ın qonağı olub

"Qarabağ" 32-ci turda "Sumqayıt"ın qonağı olub

İdman
29 aprel 2024
Cüdo millimiz tarixi uğura imza atıb

Cüdo millimiz tarixi uğura imza atıb

İdman
28 aprel 2024
"Neftçi" klubu azarkeşlərə müraciət edib

"Neftçi" klubu azarkeşlərə müraciət edib

İdman
28 aprel 2024
"Altın qurd" ləqəbli Bəhram Rəcəbzadənin növbəti döyüşü

"Altın qurd" ləqəbli Bəhram Rəcəbzadənin növbəti döyüşü

İdman
28 aprel 2024
“Barselona” klubunda ciddi dəyişikliklər olacaq

“Barselona” klubunda ciddi dəyişikliklər olacaq

İdman
26 aprel 2024
Samir Abasov "Barselona" prezidenti Joan Laporta ilə görüşüb

Samir Abasov "Barselona" prezidenti Joan Laporta ilə görüşüb

İdman
26 aprel 2024
Seçilmişlər
icon