Pleyeri seçin:

"Tottenhem" və "Mançester Siti"nin uğursuz seriyası bitib

11 dekabr 2023 671 baxış

İngiltərə çempionatında 16-cı turun son matçlarında maraqlı nəticələr qeydə alınıb.

Diqqət mərkəzində olan əsas görüşdə “Tottenhem” “Nyukasl”ı darmadağın edib. Londondakı qarşılaşmanın ilk hissəsini “mahmızlar” Udogi və Rişarlisonun qolları sayəsində 2-0 hesabı ilə öndə tamamlayıblar. Fasilədən sonra Rişarlison dublunu rəsmiləşdirib. 85-ci dəqiqədə isə Son Hön-Min 11 metrlik cərimə zərbəsindən hesabı 4-0 edib.

“Nyukasl” bu qollardan yalnız birinin əvəzini çıxıb. “Sağsağanlar”dan Joelinqton fərqlənib. “Tottenhem” – “Nyukasl”: 4-1. Ötən turda “Nyukasl”a 3-0 hesabı ilə qalib gələn “Everton” bu dəfə “Çelsi”ni məğlub edib. Federasiyanın qərarına əsasən 10 xalı silinən mersisaydlılar “Qudison Park”da Abdulay Dukure və Lyuis Dobbinin topları ilə 2-0 hesabı ilə güclü olublar.

Daha bir gözlənilməz nəticə “Fulhem” və “Vest Hem” arasında London derbisində qeydə alınıb. “Kreyven Kottec” stadionundakı görüşün ilk hissəsini Raul Ximenes, Villian və Tosin Adarabioyonun qolları ilə 3-0 hesabı ilə öndə tamamlayan “Fulhem” 2-ci yarıda Harri Vilson və Karlos Vinisiusun dəqiq zərbələrindən sonra ümumən 5-0 hesablı qələbə qazanıb. “Mançester Siti” isə 16-cı turda çempionatdakı qələbəsiz seriyasını sonlandıra bilib. “Luton Taun”un qonağı olan “şəhərlilər” Adebayonun qolundan sonra fasiləyə geridə yollansalar da, 2-ci yarıda Bernardu Silva və Cek Qrilişin topları ilə 2-1 hesablı qələbə qazanıblar.

Hazırda Premyer liqanın yarış cədvəlinə 37 xalla “Liverpul” başçılıq edir. 1 xal az toplayan “Arsenal” 2-ci, 35 xalı olan “Aston Villa” isə 3-cü yerdədir.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 671 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 671 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 671 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 671 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 671 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 671 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 671 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 671 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 671 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 671 baxış
Seçilmişlər
icon