Pleyeri seçin:

“Real Madrid” daha bir ulduz futbolçu transferinə hazırlaşır

09 may 2024 560 baxış

Heyətini gücləndirmək üçün daim yeni ulduz futbolçular axtarışında olan “Real Madrid”in növbəti hədəfi məlum olub.

“Kral klubu” “Bayer”in istedadlı oyunçusu Floryan Virtsi transfer etmək istəyir.

Almaniya mediasında yayılan xəbərə görə, “los blankos” 21 yaşlı yarımmüdafiəçi ilə bu yay müqavilə imzalamaq niyyətindədir. Lakin bunun üçün əvvəlcə Leverkuzen təmsilçisinin razılığını almaq lazımdır.

Komandanın liderlərindən olan Floryanı itirmək istəməyən “Bayer” onu növbəti mövsümdə də kollektivdə saxlamağı planlaşdırır.

Bundan başqa, keçidə futbolçunun yüksək transfer qiyməti mane ola bilər. Belə ki, “transfermarkt” portalına əsasən, Virtsin dəyəri 110 milyon avrodur. Almaniya klubunun isə ona görə azı 150 milyon avro tələb edəcəyi bildirilir.

Qeyd edək ki, “Bayer”in yetirməsi olan Floryan Virts cari mövsümdə leverkuzenlilərin Bundesliqanı qazanmasında əsas pay sahiblərindəndir. 31 tur ərzində 11 qol və 11 assistlə diqqət çəkən yarımmüdafiəçi avrokubokda da inamlı təsir bağışlayır. Avropa liqasında 9 matça çıxan futbolçu 4 qol və 4 məhsuldar ötürmə müəllifidir.

Banner
U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

İdman
25 oktyabr 2026 560 baxış
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

İdman
25 oktyabr 2026 560 baxış
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

İdman
25 oktyabr 2026 560 baxış
Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

İdman
24 oktyabr 2026 560 baxış
Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

İdman
24 oktyabr 2026 560 baxış
Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

İdman
24 oktyabr 2026 560 baxış
Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

İdman
24 oktyabr 2026 560 baxış
Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

İdman
23 oktyabr 2026 560 baxış
Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

İdman
23 oktyabr 2026 560 baxış
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 560 baxış
Seçilmişlər
icon