“Real Madrid” Kilian Mbappenin transferinə hazırlaşır
“Real Madrid” yay transfer pəncərəsi üçün hazırlığı davam etdirir.
Dortmund “Borussiya”sının aparıcı oyunçularından Cud Bellingemlə danışıqlar aparan “kral klubu”nun daha bir hədəfi Kilian Mbappedir.
Xarici mətbuatda yayılan məlumata əsasən, “los blankos” PSJ-dəki qeyri-müəyyən vəziyyətdən yararlanaraq Kilianı heyətə qatmaq niyyətindədir. Belə ki, yayda başa çatacaq sözləşməsini yeniləmək istəməyən Lionel Messi ilə yanaşı, Neymar da komandadan ayrılmaq niyyətindədir.
Son xəbərlərə görə, ötən yay “Real”ın təklifini geri çevirərək PSJ ilə 2025-ci ilədək yeni müqavilə imzalayan K.Mbappe də klubdan getməyi planlaşdırır. Ulduz futbolçu karyerasını məhz Madrid təmsilçisində davam etdirmək istəyir. Ancaq “Pari Sen-Jermen” Kilianın transferini nəzərdən keçirmir və onu kollektivin əsas lideri kimi görür.
Qeyd edək ki, K.Mbappe ilə bağlı transfer hazırlığına başlayan “Real” yarımmüdafiəni Cud Bellingemlə gücləndirməyi hədəfləyir. 19 yaşlı futbolçuya görə “Borussiya”ya 100 milyon avro təklif edən İspaniya nəhəngi oyunçunun özü ilə 2029-cu ilədək müqavilə imzalamaq niyyətindədir.
#Kilian Mbappe teqi istifadə olunub
- Mbappe komanda yoldaşları üçün önəmli sayılacaq qərar verdi | Yeni idman xəbərləri - Baku TV
- Kilian Mbappe dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrildi - Baku TV
- Bir səhv hər şeyi bitirəcək: Fransa-İspaniya duelində gözlər ulduzların üzərində
- Kilian Mbappe məşqi zədə səbəbindən yarımçıq qoyub - Baku TV
- Mbappenin sağ dizi əvəzinə sol dizini müalicə ediblər?
