“Sabah” klubundan yeni transfer
“Sabah” komandası heyətini daha bir futbolçu ilə gücləndirib.
Klub Xorvatiyanın “Slaven Belupo” kollektivində çıxış edən İvan Lepinitsanı heyətinə qatıb. 24 yaşlı xorvatiyalı yarımmüdafiəçi yeni kollektivi ilə 3 illik müqavilə imzalayıb. Lakin tərəflərin razılığı əsasında sözləşməni daha bir illik uzatmaq mümkün olacaq.
Qeyd edək ki, 2023-cü ildən “Slaven Belupo”da çıxış edən İ.Lepinitsa karyerası ərzində ölkəsinin “Riyeka” və “Zadar”, eləcə də Almaniyanın “Arminiya” klublarının formasını geyinib. Xorvatiyanın 19, 20 və 21 yaşadək futbolçularından ibarət yığmalarında oynayan İvan “Sabah”da 13 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, bu, “bayquşlar”ın yeni mövsüm ərəfəsində 2-ci transferidir. Klub daha əvvəl Coy-Lens Mikelslə 2 illik müqavilə imzalayıb.
#Sabah FK teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
- Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətini vurğulayıb
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
