Şamaxıda ”Milli Mətbuat 150”nin qalibləri müəyyənləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.
Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.
Turnirin final oyununda televiziya işçilərindən formalaşan "Kaspi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3-1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.
Qeyd edək ki, çempion olan komandanın heyətində "Baku TV"nin əməkdaşları da iştirak ediblər.
Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri ‒ "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.
Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü, eyni zamanda "Baku TV"nin əməkdaşı Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilatı dəstəyi ilə keçirilib.
#Şamaxı teqi istifadə olunub
- “Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı Dəmirçi kəndinə həsr olunub
- Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT
- 5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər
- "Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV
- Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI
