Pleyeri seçin:
Serxio Ramos “Qalatasaray”a keçməyə hazırlaşır
Yay transfer pəncərəsində heyətini Mauro İkardi, Vilfrid Zaha, Sedrik Bakambu və Anxelinyo kimi dünyaca məşhur oyunçularla gücləndirən “Qalatasaray” İspaniya futbolunun əfsanəsi Serxio Ramosu da komandaya gətirməyə yaxındır.
Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb. Bildirilir ki, PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda olan Ramosla danışıqlar uğurlu məcrada irəliləyir. Yaxın müddətdə 37 yaşlı müdafiəçi ilə tam razılığın əldə olunacağı gözlənilir.
Qeyd edək ki, 2021-2023-cü illərdə “Pari Sen-Jermen”in şərəfini qoruyan Serxio Ramos bu müddət ərzində 58 matçda meydanda olub. 6 qola imza atan veteran futbolçu parislilərlə 2 dəfə Fransa çempionu olmaqla yanaşı, həm də ölkə super kubokunda qələbə qazanıb.
Kopyalandı
#Qalatasaray FK teqi istifadə olunub
- İstanbul nəhəngi portuqaliyalı hücumçu ilə şifahi razılıq əldə edib
- "Qalatasaray" niderlandlı gənc ulduzu heyətinə qatmaq üçün hərəkətə keçdi
- “Qalatasaray”, yoxsa “Fənərbağça”: İstanbul derbisində qalib kim oldu? - Baku TV
- Viktor Osimhen “Qalatasaray”ın texniki heyətini sevindirib | Yeni idman xəbərləri
- 5 klub "Qalatasaray"ın məşhur oyunçusuna göz dikib | Yeni idman xəbərləri - Baku TV
