Pleyeri seçin:
Səudiyyə Ərəbistanı hökuməti Çempionlar Liqasını almağa hazırlaşır
Avropanın 1 nömrəli klub turniri olan Çempionlar Liqasının formatı dəyişdirilə bilər.
Bununla bağlı xarici mətbuatda xəbərlər paylaşılır. Bildirilib ki, Səudiyyə Ərəbistanı hökuməti Çempionlar Liqasını alaraq yarışın reqlamentində dəyişikliklər etmək niyyətindədir.
Qeyd olunub ki, növbəti il neftin qiyməti 1 barrelə görə 150 dollara çatarsa, yarışın alınması ilə bağlı UEFA-ya rəsmi təklif göndəriləcək. Futbol qurumu turniri satmağa razılaşsa, yarışın formatında əsaslı dəyişikliklər ediləcək.
Belə olacağı halda Çempionlar Liqasında tək Avropanın yox, bütün dünya klublarının yarışması nəzərdən keçiriləcək. Bu planın baş tutmayacağı təqdirdə isə Səudiyyə Ərəbistanı klublarının Çempionlar Liqasına dəvət olunması gözlənilir.
Kopyalandı
#UEFA teqi istifadə olunub
- UEFA Azərbaycan klublarına 5,5 milyon avro ayıracaq - Baku TV
- Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib
- UEFA üzvləri İnfantinonun gecikməsinə görə FİFA-nın konqresini tərk ediblər
- “Qarabağ”ın üzvü Toral Bayramovun qolu diqqət mərkəzində
- UEFA prezidenti Aleksander Çeferindən sərt açıqlama
