Pleyeri seçin:

UEFA üzvləri İnfantinonun gecikməsinə görə FİFA-nın konqresini tərk ediblər

16 may 2025 861 baxış

Dünən Paraqvayda baş tutan FIFA-nın növbəti konqresi qurumun prezidenti Canni İnfantinonun gecikməsi səbəbindən üç saat gec başlayıb.

FIFA-nın bəzi avropalı üzvləri İnfantinonun gecikməsinə görə dünya rəhbər orqanının konqresini nümayişkaranə şəkildə tərk ediblər. Konkret, UEFA-nın səkkiz üzvü və bir neçə Avropa nümayəndəsi konfrans mərkəzinə qayıtmayıb. Onların arasında assosiasiyanın prezidenti Aleksander Çeferin və İngiltərə Futbol Assosiasiyasının prezidenti Debbi Hyüit də olub. Bunun etiraz aksiyası çərçivəsində baş verdiyi qeyd edilib.

Artıq UEFA bununla bağlı bəyanat yayıb.

"FIFA Konqresinin cədvəlinə edilən son dəqiqə dəyişiklikləri çox təəssüf doğurur. FIFA Konqresi dünya futbolunun ən mühüm toplantılarından biridir və burada dünyanın bütün 211 ölkəsi taleyüklü məsələləri müzakirə etmək üçün bir araya gəlir.

Sırf şəxsi siyasi maraqlar üçün son anda cədvəlin dəyişdirilməsi futbola heç bir fayda vermir və görünür ki, onun maraqlarını ikinci yerə qoyur.

Biz hamımız öz mövqelərimizdə futbola xidmət edirik: küçələrdən tribunalara qədər. FIFA şurasının UEFA üzvləri bu səbəbdən futbolun başlıca amil olduğunu vurğulamağa və konqresi əvvəlcədən planlaşdırıldığı kimi tərk etməyə ehtiyac duydular”, – deyə UEFA-nın bəyanatında qeyd olunub.

İddia olunur ki, İnfantinonun bu həftə Dohada və Qətərdə ABŞ Prezidenti Donald Trampla görüşməyi üstün tutub. Bu isə avropalıların ürəyincə olmayıb.

Banner
U-15 dünya çempionatında Azərbaycan yığması rəqibini məğlub edərək uğurlu çıxışını davam etdirir

U-15 dünya çempionatında Azərbaycan yığması rəqibini məğlub edərək uğurlu çıxışını davam etdirir

İdman
26 oktyabr 2026 861 baxış
AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV

AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV

İdman
26 oktyabr 2026 861 baxış
Canni İnfantino Bakıda keçirilən çempionatın təşkilinə görə təşəkkür edib - Baku TV

Canni İnfantino Bakıda keçirilən çempionatın təşkilinə görə təşəkkür edib - Baku TV

İdman
25 oktyabr 2026 861 baxış
Millimiz Şərqi Timorla görüşdə böyükhesablı qələbə qazanıb - Baku TV

Millimiz Şərqi Timorla görüşdə böyükhesablı qələbə qazanıb - Baku TV

İdman
25 oktyabr 2026 861 baxış
U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

İdman
25 oktyabr 2026 861 baxış
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

İdman
25 oktyabr 2026 861 baxış
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

İdman
25 oktyabr 2026 861 baxış
Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

İdman
24 oktyabr 2026 861 baxış
Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

İdman
24 oktyabr 2026 861 baxış
Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

İdman
24 oktyabr 2026 861 baxış
Seçilmişlər
icon