Pleyeri seçin:

Türkiyəli ulduz Arda Gülər "Real Madrid"in tarixinə düşüb

15 dekabr 2024 526 baxış

Türkiyə futbolunun parlayan ulduzu Arda Gülər adını “Real Madrid”in tarixinə yazdırıb.

Bu barədə Türkiyə mətbuatında xəbərlər paylaşılır.

19 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının 17-ci turunda bu uğura imza atıb. Belə ki, “Rayo Valyekano”ya qarşı görüşdə komandasının ilk və 3-cü qolunun assistini edən Arda 21-ci əsrdə La Liqa matçında 2 məhsuldar ötürmə edən ən gənc futbolçu olub.

Qeyd edək ki, sözügedən qarşılaşma 3-3 hesablı bərabərliklə yekunlaşıb. “Kral klubu”nun qollarını Federiko Valverde, Cud Bellingem və Rodriqo vurublar.

Xatırladaq ki, Arda Gülər ötən ilin yayından “Real Madrid”in formasını geyinir. Bu müddət ərzində 31 matçda meydana çıxan gənc futbolçu 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Komanda ilə Çempionlar Liqasının qalibi olan A.Gülər La Liqa, İspaniya Super Kuboku və UEFA Super Kubokunda da qələbə qazanıb.

İspaniya nəhəngi ilə müqaviləsi 2029-cu ilə qədər olan Arda Gülərin “Transfermarkt” portalına əsasən dəyəri 45 milyon avrodur. 

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 526 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 526 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 526 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 526 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 526 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 526 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 526 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 526 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 526 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 526 baxış
Seçilmişlər
icon