Pleyeri seçin:

UEFA Çempionlar liqasında 1-ci tura start verilib

18 sentyabr 2024 268 baxış

UEFA Çempionlar liqasında Liqa mərhələsinin I turuna start verilib.

Gecənin maraqlı oyunlarından biri İtaliyada “Milan” və “Liverpul” arasında olub.

“San-Siro” stadionunda keçirilən və 4 qolun vurulduğu matçda qələbəni mersisaydlılar bayram edib. İngiltərə klubundan İbraima Konate, Vircil van Deyk və Dominik Soboslainin qollarına meydan sahibləri Kristian Pulişiçin yeganə topu ilə cavab veriblər. “Milan” – “Liverpul”: 1-3.

Eyni hesab yarışın son qalibi “Real Madrid” və “Ştutqart” arasında görüşdə də qeydə alınıb. “Santyaqo Bernabeu” arenasındakı qarşılaşmada “kral klubu” Kilian Mbappenin qolu ilə önə çıxsa da, Deniz Undav tarazlığı bərpa edə bilib. Lakin təzyiqi artıran “los blankos” Antonio Rüdiger və Endrikin qolları ilə yekunda qələbəni təmin edib.

“Alyans Stedium”da PSV-ni qəbul edən “Yuventus” da 3-1 hesablı qalibiyyətə sevinib. Turin təmsilçisinin heyətində fasiləyədək Kənan Yıldız və Ueston Makkenni, 2-ci yarıda isə Niko Qonsales fərqləniblər. Niderland komandasının yeganə topu İsmael Saybarinin aktivindədir.

Gecənin ən məhsuldar oyunu Münhendə “Bavariya” və Zaqreb “Dinamo”su arasında olub. 11 qolun vurulduğu matçda “rekordmayster”dən Harri Keyn 4 dəqiq zərbə ilə pokerə imza atıb.

Onunla yanaşı, Rafael Qerreyru, Maykl Olise, Leroy Sane və Leon Qoretska rəqibin qapısına yol tapıblar. Xorvatiya çempionunun gücü ancaq 2 qola çatıb. “Bavariya” – “Dinamo”: 9-2.

Unai Emerinin çalışdırdığı “Aston Villa” da yarışa qələbə ilə başlayıb. İsveçrənin “Yanq Boyz” klubunun qonağı olan birmingemlilər 3 cavabsız topla qalib gəliblər. İngiltərə təmsilçisinin qolları Yuri Tilemans, Ceykob Remzi və Amadu Onananın aktivindədir.

Qeyd edək ki, Liqa mərhələsinin ilk turuna sentyabrın 19-u yekun vurulacaq.

"Yuventus" ingilislərin təklifini rədd etdi - Baku TV

"Yuventus" ingilislərin təklifini rədd etdi - Baku TV

İdman
21 dekabr 2025 268 baxış
"Barselona" 15 yaşlı hücumçunu transfer edəcək

"Barselona" 15 yaşlı hücumçunu transfer edəcək

İdman
21 dekabr 2025 268 baxış
“Qarabağ”da ulduz futbolçunun gedişi gündəmdə - Baku TV

“Qarabağ”da ulduz futbolçunun gedişi gündəmdə - Baku TV

İdman
21 dekabr 2025 268 baxış
Türkiyədə güllələnən futbolçu ilə bağlı faciəvi xəbər

Türkiyədə güllələnən futbolçu ilə bağlı faciəvi xəbər

İdman
20 dekabr 2025 268 baxış
“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı

“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı

İdman
20 dekabr 2025 268 baxış
“Qarabağ”ın zədəli oyunçuları barədə vacib məlumat - Baku TV

“Qarabağ”ın zədəli oyunçuları barədə vacib məlumat - Baku TV

İdman
20 dekabr 2025 268 baxış
“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı - Baku TV CANLI

“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı - Baku TV CANLI

İdman
20 dekabr 2025 268 baxış
“Barselona” bu oyunçusu üçün hərəkətə keçdi - Baku TV

“Barselona” bu oyunçusu üçün hərəkətə keçdi - Baku TV

İdman
20 dekabr 2025 268 baxış
“Neftçi”nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində onuncu oldu - Baku TV

“Neftçi”nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində onuncu oldu - Baku TV

İdman
20 dekabr 2025 268 baxış
I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub

I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub

İdman
20 dekabr 2025 268 baxış
Seçilmişlər
icon