Pleyeri seçin:

UEFA Çempionlar Liqasında 2-ci turun oyunları keçirilir

04 oktyabr 2023 404 baxış

UEFA Çempionlar liqasında qələbələrin sayına görə rekordçu olan “Real Madrid” 2-ci turda “Napoli”yə qalib gəlib.

Neapolda keçirilən qarşılaşmada meydan sahibləri Estiqorun qolu ilə hesabı açsalar da, “kral klubu” fasiləyədək Vinisius və Bellingemin topları ilə irəli çıxıb: 2-1.

2-ci yarıda isə tərəflər hərəyə 1 dəfə fərqlənib. Zelinski penaltidən tarazlığı bərpa etsə də, 78-ci dəqiqədə Valverdenin qüvvətli zərbəsindən sonra Meretə dəyərək qapıya daxil olan top yekun hesabı müəyyənləşdirib. “Napoli” – “Real Madrid”: 2-3.

Gecənin gözlənilməz nəticələrindən biri Fransada “Lans” və “Arsenal” arasında mübarizədə qeydə alınıb. Matçın favoriti olan “topçular” 14-cü dəqiqədə Jezuşun qolu ilə önə keçsələr də, əzmkarlıq göstərən “Lans” Tomasson və Vainin qolları ilə 2-1 hesablı qələbəyə sevinib. Xallarının sayını 4-ə çatdıran Fransa klubu “Arsenal”ı qabaqlayaraq B qrupunda liderliyə yüksəlib.

Ötən mövsüm yarışda finaladək irəliləyən “İnter” də turu qalibiyyətlə tamamlayıb. “Cuzeppe Meatsa” arenasında “Benfika”nı qəbul edən “neradzurri” Türamın qolu sayəsində 3 xalı aktivinə yazıb. İlk turda “Real Sosyedad”la sülhə razılaşan “İnter” bu kollektivlə birlikdə D qrupunda 1-ci, 2-ci yerləri bölüşdürür. 2 oyundan sonra xalsız qalan “Benfika” isə sonuncu yerdədir.

Lionel Messinin atası dünyasını dəyişib - Baku TV

Lionel Messinin atası dünyasını dəyişib - Baku TV

İdman
09 avqust 2026 404 baxış
Kamandan oxatma üzrə ölkə çempionatı keçirilir - Baku TV

Kamandan oxatma üzrə ölkə çempionatı keçirilir - Baku TV

İdman
09 avqust 2026 404 baxış
“İlk dəfədir bu yarışda iştirak edirəm, dostlarıma tövsiyə edirəm ki...” | Ayaz Mirzəyev

“İlk dəfədir bu yarışda iştirak edirəm, dostlarıma tövsiyə edirəm ki...” | Ayaz Mirzəyev

İdman
08 avqust 2026 404 baxış
"Qarabağ" çətin sınaqdan necə çıxacaq? | Mütəxəssisdən açıqlama - Baku TV

"Qarabağ" çətin sınaqdan necə çıxacaq? | Mütəxəssisdən açıqlama - Baku TV

İdman
08 avqust 2026 404 baxış
Mingəçevirdəki yarışa qatılan jurnalist Ayaz Mirzəyevdən Baku TV-yə açıqlama - Baku TV

Mingəçevirdəki yarışa qatılan jurnalist Ayaz Mirzəyevdən Baku TV-yə açıqlama - Baku TV

İdman
08 avqust 2026 404 baxış
Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb

İdman
08 avqust 2026 404 baxış
Kür çayında böyük üzgüçülük yarışı keçirilir | İştirakçıların sayı rekord həddə çatıb - Baku TV

Kür çayında böyük üzgüçülük yarışı keçirilir | İştirakçıların sayı rekord həddə çatıb - Baku TV

İdman
08 avqust 2026 404 baxış
Nəriman Axundzadənin transferinin detalları ortaya çıxdı | Yeni idman xəbərləri - Baku TV

Nəriman Axundzadənin transferinin detalları ortaya çıxdı | Yeni idman xəbərləri - Baku TV

İdman
07 avqust 2026 404 baxış
"Hacı Əliyevdə bu potensial var" | Güləş tariximizdə iz qoyan idmançı - Baku TV

"Hacı Əliyevdə bu potensial var" | Güləş tariximizdə iz qoyan idmançı - Baku TV

İdman
06 avqust 2026 404 baxış
Məhəmməd Salah hansı Türkiyə klubuna transfer olundu? | Yeni idman xəbərləri - Baku TV

Məhəmməd Salah hansı Türkiyə klubuna transfer olundu? | Yeni idman xəbərləri - Baku TV

İdman
06 avqust 2026 404 baxış
Seçilmişlər
icon