Albaniya qaz tranziti ölkəsinə çevrilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımdan, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qaz paylayıcı kimi roluna daha çox töhfə verəcək”.
Bu barədə Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.
Azərbaycanla sıx əməkdaşlıq şəraitində Albaniyanın qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu İlham Əliyevin diqqətinə çatdırdığını qeyd edən Bayram Beqay deyib:
“Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir”.
lbaniya Prezidenti qeyd edib ki, Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqəti Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq, eyni zamanda onların enerji təhlükəsizliyini gücləndirəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
