Pleyeri seçin:
Azərbaycan qazının daha bir ölkəyə nəqli başlandı | Detallar açıqlandı
Avqustun 1-dən SOCAR tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb.
Dövlət Neft Şirkətindən verilən məlumata görə, qaz nəqli iyulun 17-də SOCAR-la Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.
SOCAR və “Geoplin” uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyir.
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu 9-cu ölkə olub.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- Serbiya Azərbaycandan nə qədər qaz tədarük etməyi planlayır? - Baku TV
- Hasilata 2027-ci ilə qədər başlanılması gözlənilir - Baku TV
- SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV
- SOCAR ITOCHU Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - Baku TV
- SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Laçında vətəndaşları qəbul edəcək - Baku TV
