Azərbaycan qazlaşma sahəsində bu ölkələri üstələyir | Statistika ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Azərbaycanda qazlaşma səviyyəsi 97 faizə yaxınlaşır ki, bu da dünyada bir nömrəli göstəricidir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Bakıda keçirilən I Beynəlxalq “Caspian Gas Industry Forum”da bildirib.
O, ölkəmizin bu baxımdan Niderland, Gürcüstan, İtaliya kimi ölkələri üstələdiyini qeyd edib.
Azər Məmmədovun sözlərinə görə, bu gün "Azəriqaz”ın qazpaylayıcı şəbəkəsinin ümumi uzunluğu 73 min kilometrdən çox, qurumun abonentlərinin sayı isə 2 milyon 600 minə yaxındır.
“Ölkədə qazlaşma sürətlə davam edir. “Azəriqaz”ın əsas problemlərindən biri köhnəlmiş infrastrukturdur. Bu gün bəzi boru xətlərinin yaşı 70 ildən artıqdır. Təbii ki, bu boru xəttini dəyişmək lazımdır, amma o işləyə də bilər”, – deyə baş direktor əlavə edib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
