Pleyeri seçin:

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

22 oktyabr 2026 10 baxış

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsi tərəfindən büdcəyə təxminən 900 milyon manat dividend ödənilməsi nəzərdə tutulur. Bu barədə maliyyə naziri Sahil Babayev məlumat verib.

Yeni dividend siyasətinin dövlət vəsaitlərinin idarə edilməsində şəffaflığı artıracağı və maliyyə nəzarətini gücləndirəcəyi gözlənilir.

Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli bildirib ki, dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma prosesi çərçivəsində vahid elektron sistemlərin yaradılması istiqamətində işlər görülür.

Onun sözlərinə görə, dividend hesabatlarının elektronlaşdırılması üçün artıq 1300-ə yaxın müəssisə müraciət edib.

“Bu, gələcək illərdə dövlət müəssisələri tərəfindən büdcəyə dividend ödənilməsini təmin edəcək. Həm müəssisələrin fəaliyyətinin səmərəli qurulmasına, həm də büdcənin şəffaf formalaşmasına ciddi təsir göstərəcək”, – Eyyub Kərimli qeyd edib.

İqtisadçı əlavə edib ki, əvvəlki illərdə bəzi dövlət müəssisələri mənfəətlə işləsə də, büdcəyə dividend ödənişləri ya həyata keçirilməyib, ya da gözləniləndən az olub. Onun fikrincə, buna maliyyə idarəçiliyindəki çatışmazlıqlar, nəzarət mexanizmlərinin zəifliyi və məlumat çatışmazlığı təsir göstərib.

E.Kərimli hesab edir ki, vahid elektron platforma maliyyə pozuntularının qarşısının alınmasına, müəssisələrin gəlirlərinin daha dəqiq müəyyənləşdirilməsinə və dividend ödənişlərinə nəzarətin gücləndirilməsinə kömək edəcək.

İctimai Şuranın üzvünün sözlərinə görə, yeni yanaşmanın effektivliyi yalnız büdcəyə ödənilən dividendlərin həcmi ilə deyil, həm də müəssisələrin fəaliyyətinin monitorinqi, idarəetmənin optimallaşdırılması və maliyyə hesabatlılığının təkmilləşdirilməsi ilə ölçüləcək.

Banner
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 10 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 10 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 10 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 10 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 10 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 10 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 10 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 10 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 10 baxış
Azərbaycan nə qədər hazırlıqlıdır?

Azərbaycan nə qədər hazırlıqlıdır?

İqtisadiyyat
19 oktyabr 2026 10 baxış
Seçilmişlər
icon