Pleyeri seçin:
Azərbaycanda bərpaolunan enerji istehsalı artır
“Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
“Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi
- Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam
- İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV
- “Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
