Azərbaycanda istehsalın vacib rolu | "Bu ölkələrlə danışıqlar aparırıq ki..."
Yeniliklərdən dərhal xəbərdar olun
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkənin istehsal və ixrac potensialı ilə bağlı strateji hədəfləri açıqlayıb. Nazir vurğulayıb ki, hazırda əsas diqqət yerli istehsalın artırılmasına və məhsulların beynəlxalq bazarlara çıxarılmasına yönəlib. Bu məqsədlə Azərbaycan Yaxın və Uzaq Şərq, MDB, eləcə də Avropa İttifaqı ölkələri ilə intensiv danışıqlar aparır. Baku TV-nin süjetində ölkəmizin əlverişli coğrafi mövqeyi, xarici tərəfdaşlarla qurulan səmərəli əlaqələr və kənd təsərrüfatı məhsullarının yeni ticarət marşrutları vasitəsilə ixracı məsələləri ətraflı təhlil olunur. İnvestisiya mühitinin cəlbediciliyi və qlobal bazarlarda Azərbaycan brendinin mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımlar xəbərin əsas mövzusudur.
#Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi teqi istifadə olunub
- Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV
- Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV
- Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdən bağlantı - Baku TV
- ADA Universitetində Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirildi - Baku TV
- Azərbaycanda fermer reytinqinin tətbiqinə başlanılır - Baku TV
