Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyinin məlumatına görə, hasilatın 10,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 20,6 milyard kubmetri "Şahdəniz"in, 1,2 milyard kubmetri "Abşeron" yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib.
Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.
#Qaz hasilatı teqi istifadə olunub
- "Azəri-Çıraq-Günəşli" həm də qaz yatağı olacaq? - Bu tarixə qədər... - Baku TV
- Qarabağda qurulan enerji gücü Azərbaycanın yeni geosiyasi silahına çevrilir? - AKTUAL GÜNDƏM
- İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır | İlham Əliyev - Baku TV
- Böyük layihədə yeni mərhələ: Hasilatın başlanma vaxtı açıqlanıb - Baku TV
- Prezident qaz yataqları və hasilatla bağlı qarşıdakı planları açıqladı - Baku TV
