İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır | İlham Əliyev - Baku TV
“Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük”.
Bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.
“Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır. İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Hasil etdiyimiz qazın böyük hissəsi isə ixrac olunur. Beləliklə, qeyri-neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda, ilk növbədə, Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV
- Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV
- Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
