Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb - Baku TV
2026-cı ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 12 milyon 702,3 min ton təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 milyon 222,6 min ton və ya 8,8% azdır. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında BTC ilə 13 milyon 924,9 min ton neft nəql edilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini Azərbaycanda hasil edilən neft, 17,7 faizini isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir.
Xatırladaq ki, bp şirkətinin mətbuat xidmətinin məlumatına əsasən, Bakı-Tbilisi-Ceyhan şirkəti 2026-cı il iyulun 1-dən etibarən BTC ixrac neft kəmərinin operatoru funksiyasının "BP Exploration (Caspian Sea) Limited" (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations MMC"yə (SMO) keçdiyini elan edib.
#Bakı-Tbilisi-Ceyhan kəməri teqi istifadə olunub
- BTC ilə bağlı yeni hesabat | Kəmərin səhmdarlarından biri də SOCAR-dır - Baku TV
- BTC və Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu SOCAR-ın strukturuna həvalə olunub - Baku TV
- Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV
- SOCAR-ın idarə etdiyi nəhəng kəmər - Baku TV
- SOCAR rəsmən Bakı-Tbilisi-Ceyhan kəmərinin operatoru oldu - Baku TV
