Pleyeri seçin:

Banklara pul qoyuluşunu cəlbedici edən səbəblər | Əmanətlərin artması risklidirmi? - Baku TV

03 sentyabr 2026 205 baxış

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi artıb.

Avqustun 1-nə olan məlumata görə, fiziki şəxslərin banklarda saxladığı vəsaitlərin ümumi məbləği 17 milyard 466,5 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz çoxdur. Eyni dövrdə bankların kredit portfeli isə 12,6 faiz artıb.

İqtisadçı Xalid Kərimli əhalinin əmanətlərinin artmasını ilk növbədə gəlirlərin yüksəlməsi ilə əlaqələndirir. Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında əhalinin nominal gəlirləri illik müqayisədə 10 faizə yaxın artıb.

Ekspert hesab edir ki, manatın məzənnəsinin sabit qalması da əmanətlərin banklarda yerləşdirilməsini vətəndaşlar üçün cəlbedici edir. Onun sözlərinə görə, depozitlər əhali üçün əsas investisiya alətlərindən biri olaraq qalır.

Xalid Kərimli bildirir ki, banklar cəlb etdikləri vəsaitləri kredit şəklində real və maliyyə sektorlarına yönəldir, həmçinin qiymətli kağızlara investisiya edirlər. Buna görə də bankların depozitlərə olan tələbatı onların vəsaitə ehtiyacından asılı olaraq dəyişir. Tələbat azaldıqda isə əmanətlər üzrə faizlər aşağı salına bilər.

İqtisadçı Eldəniz Əmirov da əmanətlərin kredit portfelindən daha sürətlə artmasının bank sektoru üçün risk yaratmadığını düşünür. Onun sözlərinə görə, kredit portfelinin daha yüksək templə böyüməsi üçün iqtisadiyyatda kreditə tələbat artmalı, eyni zamanda kredit şərtləri əhali və biznes üçün əlçatan olmalıdır.

Qeyd edək ki, sözügedən dövrdə fiziki şəxslərin banklardakı əmanətlərinin 71,7 faizi milli valyutada olub. Əmanət portfelinin 64,9 faizini isə müddətli əmanətlər təşkil edib.

Kopyalandı
Banner
Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 205 baxış
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 205 baxış
SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 205 baxış
Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 205 baxış
100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV

100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 205 baxış
Pirallahı Sənaye Parkında yeni investisiya layihəsi reallaşdırıldı - Baku TV

Pirallahı Sənaye Parkında yeni investisiya layihəsi reallaşdırıldı - Baku TV

İqtisadiyyat
05 oktyabr 2026 205 baxış
Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

İqtisadiyyat
05 oktyabr 2026 205 baxış
Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV

Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV

İqtisadiyyat
04 oktyabr 2026 205 baxış
Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

İqtisadiyyat
03 oktyabr 2026 205 baxış
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - Baku TV

Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - Baku TV

İqtisadiyyat
03 oktyabr 2026 205 baxış
Seçilmişlər
icon