Pleyeri seçin:

COP29-da SOCAR-ın metan emissiyalarının azaldılması sahəsindəki fəaliyyətindən danışılıb

13 noyabr 2024 395 baxış

COP29 çərçivəsində Mavi Zonada “Metan və qeyri-CO2 istixana qazları” mövzusunda Sammit keçirilib.

Sammitin plenar iclasında çıxış edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində şirkətin fəaliyyəti, bu istiqamətdə tətbiq olunan qabaqcıl texnologiyalar və həll yollarına dair tədbir iştirakçılarına ətraflı məlumat verib.

Vitse-prezident SOCAR-ın fəaliyyət sahələrində metan emissiyalarının ölçülməsi və inventarlaşdırılmasının beynəlxalq standartların tələblərinə uyğun olaraq, həyata keçirildiyini qeyd edib.

O bildirib ki, “GHGSat” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın neft-qaz əməliyyatı sahələrində emissiyalarının müəyyənləşdirilməsi məqsədilə peyk monitorinqlərinin aparılmasına başlanılıb.

Həmçinin “TotalEnergies” şirkəti ilə partnyorluq çərçivəsində AUSEA texnologiyasından istifadə etməklə dron ölçmələri həyata keçirilir. Bunlardan başqa istehsalat sahələrində instrumental alət və cihazlar vasitəsilə yerində ölçmələr də aparılır.

Həm peyk, həm dron, həm də yerində ölçmələr zamanı əldə olunan göstəricilər süni intellektə əsaslanan “Metan AI” alətində operativ şəkildə emal olunmaqla və təfərrüatlı təhlili aparılmaqla emissiya mənbələrinin ləğvinə dair tədbirlər görülür.

Əfqan İsayev metan emissiyalarının azaldılması istiqamətdə səmərəliliyin artırılması, bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə effektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə SOCAR-ın MGP və OGCI kimi təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Qeyd olunan fəaliyyətlər SOCAR-ın metan emissiyalarının azaldılması sahəsində məqsədyönlü fəaliyyətinin göstəricisidir.

Çin şirkətləri SOCAR-la hansı layihələri müzakirə etdi? - Baku TV

Çin şirkətləri SOCAR-la hansı layihələri müzakirə etdi? - Baku TV

İqtisadiyyat
11 sentyabr 2026 395 baxış
SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV

SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV

İqtisadiyyat
10 sentyabr 2026 395 baxış
Pərviz Şahbazov Mohamed Arkab ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Pərviz Şahbazov Mohamed Arkab ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İqtisadiyyat
10 sentyabr 2026 395 baxış
Müxtəlif sektorlar üzrə prioritetlər müəyyənləşdirilir

Müxtəlif sektorlar üzrə prioritetlər müəyyənləşdirilir

İqtisadiyyat
09 sentyabr 2026 395 baxış
Bakı Davamlı Biznes Assambleyası | Müxtəlif sektorlar üzrə prioritetlər müəyyənləşdirilir - Baku TV

Bakı Davamlı Biznes Assambleyası | Müxtəlif sektorlar üzrə prioritetlər müəyyənləşdirilir - Baku TV

İqtisadiyyat
09 sentyabr 2026 395 baxış
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində yüksəksəviyyəli dəyirmi masa keçirildi

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində yüksəksəviyyəli dəyirmi masa keçirildi

İqtisadiyyat
09 sentyabr 2026 395 baxış
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilir - Baku TV

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilir - Baku TV

İqtisadiyyat
09 sentyabr 2026 395 baxış
SOCAR-da regional tərəfdaşların marağına səbəb olan yenilik - Baku TV

SOCAR-da regional tərəfdaşların marağına səbəb olan yenilik - Baku TV

İqtisadiyyat
09 sentyabr 2026 395 baxış
LPG istehsalı illik müqayisədə nə qədər artıb? - Baku TV

LPG istehsalı illik müqayisədə nə qədər artıb? - Baku TV

İqtisadiyyat
09 sentyabr 2026 395 baxış
SOCAR istiqrazları investorlara 18 milyon dollar qazandırıb - Baku TV

SOCAR istiqrazları investorlara 18 milyon dollar qazandırıb - Baku TV

İqtisadiyyat
09 sentyabr 2026 395 baxış
Seçilmişlər
icon