Dollara marağın artma səbəbi nədir? | Ekspertlər detalları açıqladı
Mərkəzi Bankda keçirilən hərracda xarici valyutaya tələbatın artması davam edir.
Belə ki, 2024-cü ilin yanvar-may aylarında banklar 2 milyard 968 milyon ABŞ dolları alıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
İlin əvvəlində dollara tələbatın yüksəlməsi idxalın artması ilə izah olunurdu. 2024-cü ilin ilk dörd ayında idxalın dəyəri 5 milyard 465 milyon dollara yaxın olub. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz çoxdur.
Maraqlıdır, görəsən, dollar alışı niyə artır?
İqtisadçı Xalid Kərimli bildirib ki, xarici valyutaya tələbatın artması Qarabağ və Şərqi Zəngəzurda suverenliyin tam bərpası ilə tikinti işlərinin genişlənməsi və ölkədə keçiriləcək COP29-a hazırlıqla bağlıdır. O qeyd edib ki, dollara tələbatın artması plana uyğundur və heç bir valyuta riski yaratmır.
#Mərkəzi Bank teqi istifadə olunub
- Kreditlərin verilməsində artım | Kreditləşmənin səviyyəsi ÜDM-ə uyğundur? - Baku TV
- "Mənfi cəhətləri də qaçılmazdır" | Kartdan karta əməliyyatlarında niyə məhdudiyyət tətbiq edilir?
- Azərbaycanın strateji ehtiyatları nə qədər artıb? | Taleh Kazımovdan açıqlama - Baku TV
- "2028-ci ilin ortalarına..." | Mərkəzi Bankın sədri inflyasiya proqnozlarından danışdı - Baku TV
- Ağaclar quruyur, hava çirklənir: Bakının ekoloji sağlamlığı təhlükədədir - AKTUAL GÜNDƏM
