SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın Cənubi Qafqaz Boru Kəməri üzrə operatorluq fəaliyyətindən beş il ötür. Bu dövrdə, yəni 2021-ci il avqustun 1-dən 2026-cı il avqustun 1-dək ümumilikdə 130,4 milyard kubmetr həcmində qaz nəql olunub.
Bu barədə şirkətdən məlumat verilib.
Həmçinin 2026-cı ilin yanvar–iyun aylarında Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 11 milyard 442,2 milyon kubmetr qaz nəql edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,84 % artım deməkdir.
Qeyd edək ki, “SOCAR Midstream Gas Operations” MMC 2015-ci ildən Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur.
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində ixrac edilir.
Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonunda istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqlinə start verilib.
2018-ci ilin yay aylarından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasil edilən qaz genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyədə TANAP boru kəmərinə təhvil verilməyə başlanılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV
- SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
