Pleyeri seçin:

Dövlət büdcəsində dəyişiklik | Qanun layihəsi qəbul edildi

25 iyun 2024 789 baxış

İyunun 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Tahir Mirkişili komitə iclasında üçüncü oxunuşda müzakirə edilən qanun layihəsinə dair layihə təşəbbüskarları tərəfindən dəyişiklik irəli sürüldüyünü deyib.

Bildirilib ki, təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 500 milyon manat əvəzinə 535 milyon manat artırılaraq 6 milyard 435 milyon manata çatdırılır. Qeyd edilib ki, əlavə 35 milyon manat daxilolmaların Əlavə Dəyər Vergisinin (ƏDV) həcminin artması hesabına təmin olunacağı ilə izah edilir.

Dəyişiklik nəticəsində dövlət büdcəsinin qeyri-neft/qaz gəlirləri 18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində də Dövlət Gömrük Komitəsinin xərclərinin 35 milyon manat artırılması təklif olunur

Diqqətə çatdırılıb ki, nəticədə ilkin təqdim olunmuş rəqəmə nisbətən dövlət büdcəsinin gəlirləri 0,1 faiz artırılaraq 36 milyard 388 milyon manat, dövlət büdcəsinin xərcləri 0,1 faiz artırılaraq 39 milyard 742,3 milyon manat, dövlət büdcəsinin cari xərcləri 0,1 faiz artırılaraq 23 milyard 59,4 milyon manat təşkil edəcək.

İcmal büdcənin gəlirləri ilkin təqdim olunmuş rəqəmə nisbətən 0,1 faiz artırılaraq 43 milyard 515 milyon manat, xərcləri isə 0,1 faiz artırılaraq 45 milyard 626,8 milyon manat təşkil edəcək.

Komitə sədri bildirib ki, dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi 2024-cü ildə ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini uğurla həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Gəlir vergisi dəyişir | İşçilərin bilməli olduğu əsas məqamlar nələrdir? - Baku TV

Gəlir vergisi dəyişir | İşçilərin bilməli olduğu əsas məqamlar nələrdir? - Baku TV

İqtisadiyyat
23 sentyabr 2026 789 baxış
Gəlir vergisi dəyişir: Yeni dərəcələr açıqlandı - Baku TV

Gəlir vergisi dəyişir: Yeni dərəcələr açıqlandı - Baku TV

İqtisadiyyat
23 sentyabr 2026 789 baxış
Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV

Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV

İqtisadiyyat
22 sentyabr 2026 789 baxış
Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV

Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV

İqtisadiyyat
22 sentyabr 2026 789 baxış
AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV

İqtisadiyyat
21 sentyabr 2026 789 baxış
Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

İqtisadiyyat
21 sentyabr 2026 789 baxış
"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

İqtisadiyyat
20 sentyabr 2026 789 baxış
Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 789 baxış
Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 789 baxış
SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 789 baxış
Seçilmişlər
icon