Pleyeri seçin:

Dövlət sektorunda müqaviləli işçilərin sayında azalma | Deputat səbəbləri açıqladı

15 iyul 2024 472 baxış

2024-cü il iyunun 1-i vəziyyətinə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 min nəfər çoxdur.

Bu barədə iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, muzdla çalışanların 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir:

“Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 5.5 min nəfər azalıb, özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayı isə 28.6 min nəfər artıb. Dövlət sektorunda çalışanların sayının azalmasının, əksinə özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nədir?

Özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən 3 faktorla bağlıdır: Birincisi, ötən müddətdə qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilib. Bu da əmək müqaviləsi ilə çalışmayan bir sıra vətəndaşlarımızın rəsmi muzdla işləməsinə imkan yaradıb.

İkincisi, bir sıra qanunvericilik aktlarına, xüsusən də Vergi Məcəlləsinə edilən dəyişikliklər özəl sektorda daha çox iş yerinin yaradılmasına səbəb olub. Xüsusən də mikro və kiçik sahibkarlıqda iş yerlərinin sayının artması müşahidə olunub.

Üçüncüsü, iqtisadiyyatın bəzi sahələrində, xüsusən də xidmət sferasında yeni iş yerlərinin sayında artım qeydə alınıb ki, bu da ümumi muzdla çalışan işçilərin sayına birbaşa təsir göstərib.

Dövlət sektorunda muzdla çalışanların sayının azalması struktur islahatları və bəzi sahələrdə əməyin yenidən qiymətləndirilməsi nəticəsində əmək müqavilələrinin sayındakı dəyişikliklərlə bağlıdır.

Belə ki, bu sahələrdə əmək haqqı fondu artsa da, işçi sayında azalma müşahidə edilib. Məsələn, ötən ilin ilk 5 ayının yekunlarında dövlət mülkiyyətinin ağırlıq təşkil etdiyi təhsil sektorunda 331 min 449 nəfər çalışırdısa, bu rəqəm bu ilin iyunun 1-nə 330 min 636-dək azalıb və ya dövlət idarəetməsi və müdafiə sferasında muzdla çalışanların sayı ötən müddətdə 112 min 209 işçidən 111 min 961 işçiyə düşüb.

Bütövlükdə həm əmək müqaviləsi ilə çalışan işçilərin sayının artırılması, həm də ümumi muzdlu məşğulluqda özəl sektorun payının daha da artırılması prioritet olaraq qalmaqdadır”.

Gəlir vergisi dəyişir | İşçilərin bilməli olduğu əsas məqamlar nələrdir? - Baku TV

Gəlir vergisi dəyişir | İşçilərin bilməli olduğu əsas məqamlar nələrdir? - Baku TV

İqtisadiyyat
23 sentyabr 2026 472 baxış
Gəlir vergisi dəyişir: Yeni dərəcələr açıqlandı - Baku TV

Gəlir vergisi dəyişir: Yeni dərəcələr açıqlandı - Baku TV

İqtisadiyyat
23 sentyabr 2026 472 baxış
Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV

Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV

İqtisadiyyat
22 sentyabr 2026 472 baxış
Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV

Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV

İqtisadiyyat
22 sentyabr 2026 472 baxış
AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV

İqtisadiyyat
21 sentyabr 2026 472 baxış
Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

Azərbaycanda bir ilk: “John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi - Baku TV

İqtisadiyyat
21 sentyabr 2026 472 baxış
"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

İqtisadiyyat
20 sentyabr 2026 472 baxış
Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 472 baxış
Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 472 baxış
SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 472 baxış
Seçilmişlər
icon