Pleyeri seçin:

Enerji sistemində mühüm mərhələ | Ən yüksək gərginlikli yeni dəhlizin əhəmiyyəti nədir? - Baku TV

24 noyabr 2026 59 baxış

Azərbaycan enerji sisteminin mövcud ən böyük və ən yüksək gərginlikli ötürmə xətlərindən birinin tikintisinə start verilib.

"Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi – AZURE" layihəsinin ikinci mərhələsi çərçivəsində Mingəçevirdən Nəvahi istiqamətində 235 kilometr uzunluğunda 500 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsinə başlanılıb.

Ölkənin mövcud ən yüksək gərginlik sinfi üzrə inşa edilən 500 kilovoltluq bu xətt, enerji sisteminin ötürmə imkanlarının genişləndirilməsi, yeni yaradılan bərpa olunan enerji mənbələrinin təhlükəsiz və etibarlı şəkildə vahid enerji sistemə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Layihə eyni zamanda Azərbaycanın qərb, mərkəz və şərq regionlarını əhatə edən 500 kilovoltluq dairəvi enerji sxeminin formalaşdırılmasını, enerjinin uzaq məsafələrə daha az itki ilə ötürülməsini təmin edəcək. Bununla yanaşı, enerji sistemində tezlik və güc balansının tənzimlənməsi, enerji axınlarının çevik idarə olunması imkanlarını genişləndirəcək.

Qeyd edək ki, AZURE layihəsinin birinci mərhələsi çərçivəsində bu günədək mühüm infrastruktur işləri həyata keçirilib. "AzərEnerji"nin daxili imkanları və bir hissəsi də dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkənin ən böyük yarımstansiyalarından biri olan yeni 500/300 kilovoltluq "Nəvahi Yaşıl Enerji Qovşağının" tikintisi başa çatdırılıb.

Eləcə də ümumi uzunluğu 245 km-dən artıq olan Nəvaidən Abşerona 500 kilovoltluq, "Biləsuvar" və "Bankə" günəş elektrik stansiyalarına isə 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi yekunlaşıb. Nəticədə, hər iki günəş elektrik stansiyasının ölkənin vahid enerjisisteminə qoşulması üçün zəruri infrastruktur yaradılıb və bu istiqamətdə nəzərdə tutulan öhdəliklər yerinə yetirilib.

AZURE layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyə dəstəyi çərçivəsində "Nəvahi Yaşıl Enerji Qovşağı"nın transformator və reaktorlarla təchiz edilməsi, Nəvahiyə Mingəçevir istiqamətində 500 kilovoltluq, Ələt, Abşeron və Qobu istiqamətlərində isə 330 kilovoltluq yeni ötürmə xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq 500 kV-luq Mingəçevir–Nəvahi xəttinin tikintisinə başlanılıb. 330 kV-luq 3 ötürmə xəttinin inşasına isə yaxın vaxtlarda start veriləcək.

Beləliklə, AZURE layihəsi Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılmasına, yüksəkgərginlikli ötürücü infrastrukturun inkişafına və ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Kopyalandı
Banner
Geotermal enerji elektrik və istilik üçün necə istifadə oluna bilər? - Baku TV

Geotermal enerji elektrik və istilik üçün necə istifadə oluna bilər? - Baku TV

İqtisadiyyat
24 noyabr 2026 59 baxış
SOCAR-ın İtaliya şirkətləri ilə iş birliyi təbii qazdan başqa nələri əhatə edir? - Baku TV

SOCAR-ın İtaliya şirkətləri ilə iş birliyi təbii qazdan başqa nələri əhatə edir? - Baku TV

İqtisadiyyat
24 noyabr 2026 59 baxış
Ticarət əlavəsinə limit qoyulması bahalaşmanın qarşısını ala bilərmi? - Baku TV

Ticarət əlavəsinə limit qoyulması bahalaşmanın qarşısını ala bilərmi? - Baku TV

İqtisadiyyat
22 noyabr 2026 59 baxış
SOCAR əldə etdiyi gəlirə görə şirkətlər arasında birinci yerdə qərarlaşıb - Baku TV

SOCAR əldə etdiyi gəlirə görə şirkətlər arasında birinci yerdə qərarlaşıb - Baku TV

İqtisadiyyat
22 noyabr 2026 59 baxış
SOCAR-ın karbamid və metanol istehsalı | Dövlət Statistika Komitəsi göstəriciləri açıqladı - Baku TV

SOCAR-ın karbamid və metanol istehsalı | Dövlət Statistika Komitəsi göstəriciləri açıqladı - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 59 baxış
SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb

SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb

İqtisadiyyat
21 noyabr 2026 59 baxış
Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV

Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 59 baxış
“Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV

“Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 59 baxış
STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV

STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV

İqtisadiyyat
19 noyabr 2026 59 baxış
“Bu məhsullara tələbat aşağı düşüb” | İnflyasiya tempində səngimə nə ilə əlaqədardır? - Baku TV

“Bu məhsullara tələbat aşağı düşüb” | İnflyasiya tempində səngimə nə ilə əlaqədardır? - Baku TV

İqtisadiyyat
19 noyabr 2026 59 baxış
Seçilmişlər
icon