“Bu məhsullara tələbat aşağı düşüb” | İnflyasiya tempində səngimə nə ilə əlaqədardır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda inflyasiyanın səngiməsi müşahidə edilir.
Rəsmi statistikaya görə, iyul ayında illik inflyasiya 5,8 % olsa da, oktyabrda bu göstərici 5,2 %-ə enib. Lakin qida məhsulları, alkoqollu içkilər və tütün məhsullarının inflyasiya göstəricisi ümumi göstərici ilə müqayisədə daha yüksək olub. 2026-cı ilin yanvar-oktyabr ayları üzrə ortaillik inflyasiya isə 5,6 % təşkil edib. Bu göstərici bir ay əvvəllə müqayisədə 0,1 % azalıb.
İqtisadçı Xalid Kərimli inflyasiyanın artım tempinin azalmasını bir sıra amillərlə izah edir.
Ekspertin sözlərinə görə, manatın məzənnəsinin digər valyutalara nisbətən artması idxal inflyasiyasının azalmasına səbəb olur. Bu da ümumi inflyasiyaya təsir edir:
“İkinci səbəb kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempinin zəifləməsidir. Bu amil istehlak qiymətləri indeksinə də təsirsiz ötüşməyib. Digər səbəb isə qeyri-ərzaq məhsullarının qiymətlərinin ərzaq məhsulları ilə müqayisədə daha aşağı templə artmasıdır. Ümumiyyətlə, inflyasiyanı yüksəldən əsas amillərdən biri ərzaq qiymətlərinin artmasıdır. İnflyasiyanın orta göstəricisini aşağı salan amillərdən biri isə qeyri-ərzaq məhsullarının qiymətlərinin artımıdır. Ərzaq qiymətlərinin daha sürətlə bahalaşması əhalinin gəlirlərinin böyük hissəsini bu istiqamətdə xərcləməsinə səbəb olur. Nəticədə, qeyri-ərzaq məhsullarına tələbat nisbətən azalır”.
#İnflyasiya teqi istifadə olunub
- "2028-ci ilin ortalarına..." | Mərkəzi Bankın sədri inflyasiya proqnozlarından danışdı - Baku TV
- Putin etiraf etdi, Zelenski isə "Sona kimi!" dedi: Rusiya iqtisadiyyatı çökür? - Baku TV
- Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb
- Ət və ağartı məhsullarının qiyməti od tutub yanır
- Ucuzlaşma nə vaxta qədər davam edəcək? | Qiymətlərə təsir edən amillər
