Ərdoğan: Ticarət dövriyyəmiz ilk dəfə 7,5 milyarda çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün hər cür səy göstərəcək.
Bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik”, – o qeyd edib.
Türkiyə Prezidenti iki ölkə arasında nəqliyyat və enerji sektorlarında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
“Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır”, – dövlət başçısı söyləyib.
Türkiyə lideri Qars-Naxçıvan dəmir yolu layihəsinə də diqqət çəkərək sentyabrda Naxçıvana səfəri zamanı bu məsələni Prezident İlham Əliyevlə müzakirə etdiyini və müvafiq niyyət protokolunu imzalandığını xatırladıb:
“Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm”.
Türkiyə Prezidenti TANAP-ın imkanlarının genişləndirilməsini prioritet adlandırıb.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
