İqtisadiyyat
Pleyeri seçin:

Gələn il təhsilə nə qədər pul xərclənəcək?

05 dekabr 2023

Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb. Bu dövr ərzində 275 məktəbin tikintisi və ya əsaslı təmiri aparılıb.

Bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur:

“Strategiyada “Təhsil” bölməsinin 9 fəaliyyət istiqaməti üzrə 17 tədbirin 2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 247 milyon manat və ya 32% çox vəsait nəzərdə tutulub. Bu tədbirlər təhsilin bütün istiqamətlərini əhatə edir.

Bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir”.

Ə.Əsədov bildirib ki, hazırda IV Sənaye İnqilabı dövründə süni intellekt, yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün dünyada, həmçinin Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır:

"Ölkədə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə zəruri dəstək artırılacaq".

Azərbaycan Avropanın enerji qovşağıdır | Muxtar Babayevdən açıqlama

Azərbaycan Avropanın enerji qovşağıdır | Muxtar Babayevdən açıqlama

İqtisadiyyat
17 may 2024
Yeni iş yerləri yaradılır | COP29 rəsmisindən açıqlama

Yeni iş yerləri yaradılır | COP29 rəsmisindən açıqlama

İqtisadiyyat
17 may 2024
Biznes mühitinin yaxşılaşdırılmasında növbəti addım | Komissiya rəsmisi açıqladı

Biznes mühitinin yaxşılaşdırılmasında növbəti addım | Komissiya rəsmisi açıqladı

İqtisadiyyat
16 may 2024
SOCAR əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi

SOCAR əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi

İqtisadiyyat
16 may 2024
SOCAR və “Tatneft” arasında vacib sənəd imzalandı

SOCAR və “Tatneft” arasında vacib sənəd imzalandı

İqtisadiyyat
16 may 2024
Banqkokda “SOCAR Türkiye”nin “yaşıl texnologiya”ların tətbiqi təcrübəsi öyrəniləcək

Banqkokda “SOCAR Türkiye”nin “yaşıl texnologiya”ların tətbiqi təcrübəsi öyrəniləcək

İqtisadiyyat
15 may 2024
Azərbaycan və Özbəkistan arasında yeni tərəfdaşlıq

Azərbaycan və Özbəkistan arasında yeni tərəfdaşlıq

İqtisadiyyat
15 may 2024
"Biznesin müflisləşməsi" işçi qrupunun iclası keçirildi

"Biznesin müflisləşməsi" işçi qrupunun iclası keçirildi

İqtisadiyyat
15 may 2024
Azərbaycan İtaliya ilə ticarət əlaqələrini genişləndirir

Azərbaycan İtaliya ilə ticarət əlaqələrini genişləndirir

İqtisadiyyat
14 may 2024
Azərbaycanda ilk dəfə Təchizat Zənciri Liderləri Zirvəsi keçirildi

Azərbaycanda ilk dəfə Təchizat Zənciri Liderləri Zirvəsi keçirildi

İqtisadiyyat
14 may 2024
Seçilmişlər
icon