Pleyeri seçin:

“GL Group” ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu - Baku TV

23 iyul 2026 412 baxış

Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan “GL Group” tarixi nailiyyətə imza atıb.

“GL Group” ABŞ-nin Texas ştatının Hyuston şəhərində Midland yaxınlığında yerləşən, hazırda istismar edilən dörd neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını tamamladığını elan edib.

Satın alınan aktivlərin tərkibinə 200-dən çox aktiv neft hasilatı quyusu daxildir. “GL Group” həmçinin həmin aktivlərin tam operatorluğunu rəsmi olaraq öz üzərinə götürüb.

Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən Perm hövzəsində yerləşən satın alınmış aktivlər “GL Group”u ABŞ-nin ən böyük neft-qaz hasilatı regionunda və dünyanın quruda neft-qaz fəaliyyəti üzrə əsas mərkəzlərindən birində mövqeləndirir. Perm hövzəsi təxminən 223 min kvadratkilometr ərazini əhatə edir. 2025-ci ildə hövzədə gündəlik təxminən 6,6 milyon barel xam neft hasil olunub ki, bu da ABŞ-nin ümumi neft hasilatının təxminən yarısına və qlobal xam neft hasilatının 8 faizindən çoxuna bərabərdir.

“Bu, “GL Group”da hər kəs üçün qürurverici andır. Bu satınalma dünyanın ən böyük və ən rəqabətli neft-qaz hasilatı bazarında mövcudluğumuzu təmin edən strateji mərhələdir. Bu addım şaxələndirilmiş beynəlxalq kəşfiyyat və hasilat biznesinin qurulmasına dair uzunmüddətli baxışımızı əks etdirir və ABŞ-də davamlı inkişafımız üçün güclü platforma yaradır”, – deyə “GL Group”un Baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib.

“Bu, ABŞ bazarına atdığımız ilk, lakin çox mühüm addımdır. Biz böyüməyə və mövcudluğumuzu genişləndirməyə davam edəcəyik”, – deyə Asif Zeynalov qeyd edib.

Kopyalandı
Banner
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 412 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 412 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 412 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 412 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 412 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 412 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 412 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 412 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 412 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 412 baxış
Seçilmişlər
icon