GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23 iyul 2026 388 baxış

“GL Group” və “Baker Hughes” şirkətləri arasında strateji əlaqələrin möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün çərçivənin yaradılmasına yönəlmiş beşillik Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb.

Əməkdaşlıq şirkətlərə hər bir tərəfin təcrübə, imkan və texnoloji ekspertizasından faydalanaraq qarşılıqlı faydalı imkanları araşdırmağa şərait yaradacaq. Əməkdaşlığın “GL Group”un əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının inkişafına, qabaqcıl texnologiyalara çıxışının genişləndirilməsinə və Azərbaycanda uzunmüddətli inkişafına töhfə verəcəyi gözlənilir.

“Bu saziş “Baker Hughes” ilə tərəfdaşlığımızın möhkəmləndirilməsi və “GL Group”un uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımdır”, – deyə “GL Group”un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib. “Bu tərəfdaşlıq bizim qlobal imkanlara, qabaqcıl texnologiyalara və əməliyyat mükəmməlliyinə çıxışımızı təmin edir. Bunlar davamlı inkişafımızı və uzunmüddətli uğurumuzu dəstəkləyəcək əsas amillərdir”, – deyə o qeyd edib.

“Baker Hughes” bütün dünyada əməliyyat göstəricilərini yaxşılaşdıran, səmərəliliyi artıran və riskləri azaldan texnologiyalara davamlı olaraq sərmayə yatırır”, – deyə “Baker Hughes” şirkətinin Baş Vitse-prezidenti Cim Seşns bildirib. “Bu strateji əməkdaşlıq çərçivəsində məqsədimiz GL Group-un enerji aktivlərinin, eləcə də bütövlükdə regionun enerji sektorunun dəyərini maksimum dərəcədə artıracaq innovativ texnoloji həllər hazırlamaq və tətbiq etməkdir”, – deyə o əlavə edib.

“GL Group” haqqında

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala" və "Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksəkperspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

Banner
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 388 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 388 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 388 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 388 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 388 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 388 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 388 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 388 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 388 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 388 baxış
Seçilmişlər
icon