İlham Əliyev: Hazırda 4 qiqavat gücündə texniki-iqtisadi əsaslandırma hazırlanır
Yeniliklərdən dərhal xəbərdar olun
“Planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir”.
Bu sözləri Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
“Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq”, – deyə dövlət başçısı bildirib.
İlham Əliyev vurğulayıb ki, hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
#İlham Əliyev teqi istifadə olunub
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
- Prezident İlham Əliyevin Ərdoğana təbrik məktubu "Haber Global"ın gündəmində - Baku TV
