Pleyeri seçin:

Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV

23 avqust 2026 286 baxış

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə və süddən hazırlanan yağların həcmi 9,3 faiz və ya 1 548 ton azalaraq aşağı düşüb.

Maraqlıdır ki, bu dövrdə ölkədə kərə yağı istehsalında da artım qeydə alınmayıb. Əksinə, istehsal təxminən 10 faiz azalıb. Eyni dövrdə ölkəyə gətirilən bitki və heyvan mənşəli piy və yağların həcmi isə 17,8 faiz və ya 15 769 ton artıb. Belə yağların idxalının həcmi kərə yağı idxalından təxminən yeddi dəfə çox olub.

Qeyd edək ki, palma yağı və onun bərk fraksiyaları da bu mal qrupuna daxildir. Təkcə 2026-cı ilin ilk yarısında ölkəyə 14 592,7 ton palma yağı və onun bərk fraksiyaları idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 dəfə çoxdur.

Bəs kərə yağı idxalı və yerli istehsal azaldığı halda digər yağların, xüsusilə palma yağının idxalının kəskin artması nə ilə izah olunur?

İqtisadçı Eyyub Kərimli bildirir ki, tendensiya bazarda daha bahalı süd mənşəli yağlardan daha ucuz bitki mənşəli yağlara doğru müəyyən struktur dəyişikliyinin baş verdiyini göstərir.

Onun sözlərinə görə, bu, bitki yağlarının müəyyən seqmentlərdə süd mənşəli yağları sıxışdırması ehtimalını gücləndirir.

Ekspert qeyd edib ki, söhbət kərə yağı və digər süd mənşəli məhsulların palma yağı ilə tam əvəzlənməsindən getmir. Belə ki, qida sənayesində, xüsusilə şirniyyat istehsalında maya dəyərinin aşağı salınması məqsədilə süd mənşəli yağların əvəzinə bitki yağlarından istifadə oluna bilər. Bu da öz növbəsində palma yağına tələbatın artmasına səbəb olur.

Digər tərəfdən 2026-cı ildə kərə yağı idxalında bahalaşma da müşahidə olunmayıb. Əksinə, qiymət aşağı düşüb. Belə ki, yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə yağının bir kiloqramının orta qiyməti 6,3 ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 7,3 faiz azdır.

Banner
Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 286 baxış
Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 286 baxış
Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 286 baxış
Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 286 baxış
Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 286 baxış
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 286 baxış
SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 286 baxış
Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 286 baxış
Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 286 baxış
SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

İqtisadiyyat
15 oktyabr 2026 286 baxış
Seçilmişlər
icon