Pleyeri seçin:

İstehsalçılar alıcıları aldadır? | Kərə yağları nə qədər təmizdir? - Baku TV

05 dekabr 2025 557 baxış

Tanınmış müğənni Xuraman Şuşalı sosial şəbəkə hesabında aldığı kərə yağlarını suda həll edərək onların nə dərəcədə keyfiyyətli olduğunu sınaqdan keçirib. O, təklif edilən kərə yağlarının təbii və ya marqarin olub-olmadığını izləyicilərlə bölüşüb.

Qida məsələləri üzrə ekspert Ağa Salamov isə deyir ki, kərə yağının keyfiyyətini müəyyən etmək üçün ev şəraitində aparılan testlər etibarlı deyil. Onun sözlərinə görə, tərkibində 60 faiz kərə yağı, 20 faiz trans yağ və 20 faiz su olan məhsul belə suda tam təmiz yağ kimi görünə bilər.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilir ki, sosial şəbəkələrdə qida məhsullarının qeyri-peşəkar üsullarla analiz olunması insanlarda çaşqınlıq yarada bilər.

“Sosial şəbəkələrdə və bəzi media vasitələrində vətəndaşların diqqət və marağını cəlb etmək üçün qida məhsulları qeyri-peşəkar üsullarla analiz olunur. Təbii ki, bu cür kustar üsullarla gündəlik istifadə olunan qida məhsullarının qeyri-peşəkar şəkildə standart və tələblər gözlənilmədən müayinə edilməsi və “nəticələrinin” dərhal elan olunması bəzən insanlarda təəccüb və ya çaşqınlıq yaradır.

Bildiririk ki, hər hansı məhsulun xarici görünüşünə baxmaqla və ya primitiv üsullarla analiz etməklə onun təhlükəsizliyi və keyfiyyəti barədə fikir söyləmək olduqca yanlışdır. Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti barədə yekun rəy bildirmək yalnız laborator şəraitdə müayinədən sonra mümkündür”.

AQTA vətəndaşlara hər hansı şübhəli məhsul aşkar etdikdə qurumun qaynar xəttinə müraciət etməyi tövsiyə edib.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 557 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 557 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 557 baxış
Seçilmişlər
icon