Pleyeri seçin:

Kimlər elektrik doldurma məntəqəsindən ödənişsiz istifadə edə biləcək? | Detallar açıqlandı

13 noyabr 2024 450 baxış

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.

Bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, SOCAR-ın Baş ofisinin inzibati binasının (“SOCAR Tower”) yeraltı avtomobil dayanacağında elektrik və “plug-in hybrid” nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.

Yeni EDM-də 22 kW-luq və 60 kW-luq güclə təchiz olunan elektrik doldurma stansiyası xüsusi işarələrlə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq. Bu, SOCAR-ın əməkdaşlarının rahatlığına və “yaşıl enerji” təşəbbüsünə verdiyi önəmi nümayiş etdirir.

SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə “SOCAR Tower”in əsas girişinin yaxınlığında 60 kW-luq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır. Bu təşəbbüs təmiz enerjiyə keçidə dəstək verərək ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyır.

SOCAR-ın bu layihəsi ətraf mühitin qorunmasına və davamlı enerji mənbələrinə keçidə yönələn strateji addımlarından biridir və şirkətin ekoloji məsuliyyətini ön planda tutan yanaşmasını bir daha təsdiqləyir.

İnnovasiya ekosistemində yenilik | Agentlik sədri təsdiqlənən qanun layihələrindən danışdı - Baku TV

İnnovasiya ekosistemində yenilik | Agentlik sədri təsdiqlənən qanun layihələrindən danışdı - Baku TV

İqtisadiyyat
28 iyul 2026 450 baxış
Neft-qazdan büdcəyə nə qədər vəsait daxil olub? | Rəqəmlər açıqlandı - Baku TV

Neft-qazdan büdcəyə nə qədər vəsait daxil olub? | Rəqəmlər açıqlandı - Baku TV

İqtisadiyyat
28 iyul 2026 450 baxış
"Moody's" SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib - Baku TV

"Moody's" SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib - Baku TV

İqtisadiyyat
28 iyul 2026 450 baxış
SOCAR ilin ikinci rübünün nəticələrini açıqladı - Baku TV

SOCAR ilin ikinci rübünün nəticələrini açıqladı - Baku TV

İqtisadiyyat
27 iyul 2026 450 baxış
SOCAR-ın Müşahidə Şurası audit hesabatlarının nəticələrini iclasda geniş müzakirə edib - Baku TV

SOCAR-ın Müşahidə Şurası audit hesabatlarının nəticələrini iclasda geniş müzakirə edib - Baku TV

İqtisadiyyat
26 iyul 2026 450 baxış
SOCAR-ın xaricdə ilk uğurlu kəşfiyyat layihəsi - Baku TV

SOCAR-ın xaricdə ilk uğurlu kəşfiyyat layihəsi - Baku TV

İqtisadiyyat
25 iyul 2026 450 baxış
Azərbaycanın Türkiyənin qaz bazarındakı mövqeyi yeni statistikada açıqlanıb - Baku TV

Azərbaycanın Türkiyənin qaz bazarındakı mövqeyi yeni statistikada açıqlanıb - Baku TV

İqtisadiyyat
24 iyul 2026 450 baxış
Ölkədə külək enerjisi istehsalında gözlənilməz dərəcədə böyük artım qeydə alınıb - Baku TV

Ölkədə külək enerjisi istehsalında gözlənilməz dərəcədə böyük artım qeydə alınıb - Baku TV

İqtisadiyyat
24 iyul 2026 450 baxış
"PowerChina Resources" ilə "yaşıl enerji" əməkdaşlığı müzakirə edilib - Baku TV

"PowerChina Resources" ilə "yaşıl enerji" əməkdaşlığı müzakirə edilib - Baku TV

İqtisadiyyat
24 iyul 2026 450 baxış
İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı - Baku TV

İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı - Baku TV

İqtisadiyyat
24 iyul 2026 450 baxış
Seçilmişlər
icon